Bişmədən hazırlanan ikirəngli tort

Порций:   Время приготовления:

ikirengli_tort1Giləmeyvə və kəsmik ətirli ləzzətli və zərif tort reseptimizi təqdim edirik.

Ərzaqlar:

Korj üçün:
  • 200 qr peçenye ( məsələn: Yubileynoe)
  • 100 qr kərə yağı
İçlik üçün:
  • 400 qr kəsmik
  • 400 qr xama
  • 150 qr şəkər tozu
  • 20 qr jelatin
  • 200 qr giləmeyvə (100 qr qara qarağat, 100 qr qaragilə)
 

Öncə qeyd edək ki, reseptdə 100 qr qara qarağat və 100 qr qaragilədən istifadə olunub. Siz zövqə görə digər giləmeyvələrdən istifadə edə bilərsiniz. Məsələn: çiyələk, albalı, gilas və s. Keçək hazırlanma prosesinə: Peçenyeni blenderdə və ya kombaynda xırdalayın. Əridilmiş yağı töküb yaxşıca qarışdırın. Keks qabının içinə yağlı kağız sərin. Tortu asan çıxarmaq üçün kənarları açılan formadan istifadə edin. Xırdalanmış yağlı peçenyeni perqament kağızının üzərinə yayıb, əllərinizlə yaxşıca döyəcləyin. Formanı soyuducuya qoyun. Jelatinin üzərinə 150 ml su töküb qabarması üçün 10 dəqiqə saxlayın. Daha sonra jelatini zəif odda qızdırın. Qarışdırın ki, jelatin tam əriyib, soyusun. Giləmeyvəni donunu açıb, blenderdə və ya kombaynda xırdalayın. Alınan kütləni xırda aşsüzəndən keçirin. Əgər qarağat istifadə edəcəksinizsə 1-2 qaşıq su əlavə edin ki, kütlə aşsüzəndən yaxşı keçsin. Kəsmik, xama və şəkər tozunu bir qabda mikserlə çalın. Kəsmikli kütənin bir hissəsini ayırıb ayrı qaba tökün. Üzərinə giləmeyvə püresini və 1 xörək qaşığı şəkər tozu əlavə edib, çalın. Soyuyan jelatini 2 hissəyə ayırın.Giləmeyvəli kəsmikli kütlənin üzərinə jelatinin yarısını əlavə edib 1 dəqiqə qarışdırın. Jelatinin ikinci hissəsini sadə ağ kəsmikli kütləyə əlavə edib 1 dəqiqə də onu qarışdırın. Soyuducudakı formanı çıxarıb, orta hissəsindən ağ kəsmikli kütədən 5 xörək qaşığı tökün.Üzərindən 5 xörək qaşığı giləmeyvəli kütlədən tökün.

ikirengli_tort2

Beləliklə növbə ilə hər iki kəsmikli qarışıqları tökün.Yayılıb öz formasını tutacaq.Ən üstü bəzək üçün diş çöpü ilə ortasından kənarlarına doğru bəzəyə bilərsiniz.

ikirengli_tort

Bişməyən tortu soyuducuda 4-5 saat və ya 1 gecə saxlaya bilərsiniz.

NUŞ OLSUN!

ikirengli_tort1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий