Bişmədən hazırlanan “Quş südü” tortu

Порций:   Время приготовления:

qush_ suduYay fəsilinin ən dadlı şirniyyatına çevriləcək "Quş südü" tortu və ya dondurmasını bişirməyə ehtiyac yoxdur. Bu tortu yedikcə yemək istəyəcəksiniz. Hazırlanma qaydası isə olduqca asandır.

Ərzaqlar:

  • 400 qr xama
  • 250 qr maskarpone pendiri (iran qaymağı da olar)
  • 250 ml süd
  • 150 qr yağsız qaymaq
  • 1 stəkan və 4 x/q şəkər tozu
  • 30 qr jelatin
  • 4 x/q kakao

Hazırlanması:

Şokoladlı qatı hazırlamaq üçün stəkana soyuq su, 10 qr jelatin töküb, biraz saxlayın. 4 x/q şəkər tozu ilə 4 x/q kakaonu qarışdırın.  

Jelatin əriyəndən sonra şəkər və kakaolu qarışımı üzərinə tökün. Ocağın üzərinə qoyub, biraz qarışdırın ki, jelatin tam həll olsun. Kütləni yağlanmış soba qabına töküb, 20-30 dəqiqə buzluqda saxlayın.  Bu müddətdə yerdə qalan 20 qr jelatinin üzərinə q stəkan soyuq süd töküb, bir müddət gözləyin.

Xama, maskarpone, yağsız qaymaq və 1 stəkan şəkər tozunu mikserlə çalın. Südlü jelatini də ocağın üzərində biraz isitdikdən sonra qarışıma əlavə edin. 10 dəqiqə də mikserlə yaxşıca qarışdırıb, tam soyumağını gözləyin.

Kakaolu kütlə olan soba qabını soyuducudan çıxardıb, qaymaqlı kütləni də üzərinə tökürük. Qabı yenidən soyuducuya qoyub, 30 dəqiqə yenidən gözlədirik. Vaxt tamam olanda soba qabının üzərinə geniş boşqab və ya sini qoyub, çeviririk ki, şokoladlı qat üzərində qalsın. Tortun üstünü istədiyiniz mövsüm meyvələri ilə bəzəyə bilərsiniz.

Quş südü dondurmamız hazırdır .

NUŞ OLSUN!


 ptichka1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий