Blinçik tortu

Порций: 6 nəfərlik   Время приготовления: 2 saat

crepe tortuBugün çox asan başa gələn krep tortu hazırlayacağıq. Bu sözün mənası latın dilindən tərcümədə "dalğalı", "ipək" deməkdir. Qədim dövrdə krep parça növü sayılırdı. İlk dəfə isə krep un məmulatı kimi Fransada hazırlanıb. Daha sonra Avropa mətbəxinə yayılaraq, daha da məşhurlaşıb. Tarix boyu müxtəlif xalqlar bu qida növünü özününküləşdirərək adında və dadında bəzi dəyişikliklər edib. Məsələn rus dilində krep blini, blinçiklə əvəzlənərək Azərbaycan mətbəxinə də elə bu adla yol tapıb. Odur ki, biz "blinçik" hazırlamağa başlayırıq. Bunun üçün bizə lazımdır:

Bizə lazım olacaq ərzaqlar bunlardır:

  • 3 ədəd yumurta
  • 1 st yarim süd
  • 1 st su
  • 1 çimdik duz
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 paçka vanil
  • 400 qr un
  • 2 x/q bitki yağı
  • 1 çimdik soda
  • 1 banka qatılaşdırılmış süd
  • 10 ədəd təmizlənmış qoz
  • Şokolad
Dekor üçün: bal və kakao

Hazırlama prosesi:

Öncə adi qaydada krep (blinçik ) xəmiri hazırlayırıq. Yumurtaları bir qaba töküb üzərinə duz səpib qarışdırırıq. Şəkər tozu və vanili əlavə edib qarışdırmağa davam edirik. Süd, su, sodanı da qaba tökürük. Unu yavaş-yavaş qarışımın üzərinə səpirik ki, içərisində un topları qalmasın. İşinizi asanlaşdırmaq üçün blender və ya mikserdən istifadə edə bilərsiniz. Xəmir nə su kimi duru nə də çox qatı olmamalıdır. Üzərinə yağı da töküb, 1 saatlıq soyuducuda gözlədirik.

Bu arada tavanı ocağın üzərində qızdırırıq. Çömçə ilə xəmirdən hissə- hissə götürüb tavanın içərisinə töküb, yayırıq. Hər iki tərəfini bişiririk. Son zamanlar krep bişirmək üçün xüsusi tavalar satışa çıxarılıb. İstəsəniz əldə edib işinizi yüngülləşdirə bilərsiniz. Adətən bükmək üçün bişirilən kreplər nazik olur. Tort üçün isə nisbətən qalın ölçüdə hazırlamaq lazımdır. Bu xəmirdən təxmini 20 krep alınacaq. Tort üçün isə 10 ədəd sizə bəs edəcək. Növbə ilə krepləri böyük boşqaba düzüb, üzərinə qatılaşdırımış süd çəkirik. 5-ci krepi qoyduqdan sonra üzərinə rəndələnmiş qoz da səpə bilərsiniz. Kreplərin hamısını üst- üstə qoyduqdan sonra şokoladı da rəndələyib bir müddət soyuducuda saxlayırıq.

Zövqünüzə görə bəzəyib süfrəyə verə bilərsiniz. Nuş olsun! crepe tortu
Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий