Blinçik üçün 8 fərqlı içlik

Порций:   Время приготовления:

ichlikƏtli blinçiklərdən cana doymusunuz? Təqdim etdiyimiz içlik reseptlərini sınayın. Bu içliklərlə hazırladığınız blinçiklər həm şirniyyat həm də qəlyanaltı süfrələrinizi bəzəyəcək.

Ərzaqlar:

I Yumurtalı içlik
  • 4 ədəd yumurta
  • 50 qr yaşıl soğan
  • 1 ovuc şüyüd
  • duz
II Kəsmikli içlik
  • 500 qr kəsmik
  • 1 ədəd yumurta sarısı
  • 2 x/q şəkər tozu
  • 50 qr kişmiş
III Toyuqlu içlik
  • 1 toyuğun döş əti
  • 1 ovuc xırda doğranmış şüyüd
  • 2 ədəd bişirilmiş yumurta
  • duz, istiot
IV Almalı, qozlu içlik
  • 2 ədəd turşməzə alma
  • 5-6 ədəd qoz
  • 1-2 x/q şəkər tozu
  • 1 çimdik darçın
  V Bananlı içlik
  •  3 ədəd banan
  • 50 qr qaymaq (3 x/q)
VI Pendirli içlik
  • 250 qr pendir
  • 2 x/q mayonez
  • 1 ədəd yerkökü
  • 1 diş sarımsaq
VII Göbələkli içlik
  • 500 qr göbələk
  • 2 baş soğan
  • duz, istiot
VIII Ciyərli içlik
  • 500 qr dana ciyəri
  • 2 baş soğan
  • 1 ədəd yerkökü
  • 3 ədəd yumurta
  • duz, istiot

Hazırlanması:

I Yumurtalı içlik

Yumurtaları qaynadıb, qabığını təmizləyib, sürtgəcdən keçirin. Yaşıl soğan və şüyüdü xırda doğrayıb, az yağda 5 dəqiqə qızardın. Rəndələnmış yumurtaları da əlavə edib, qarışdırın.Zövqə görə duzlayıb, blinçikin içinə qoyub, bükün.

II Kəsmikli içlik

Kəsmiyin içinə yumurta sarısı şəkər tozu və isti suda 5 dəqiqə isladılmış kişmiş əlavə edib, qarışdırırıq. Blinçikin içərisinə qoyub, bükdükdən sonra, az yağda qızardırıq.

III Toyuqlu içlik

Toyuğun döş ətini bişirib, ətçəkən maşından keçirdin. Üzərinə doğranmış süyüd, sürtgəcin iri gözündən keçirilmiş yumurtaları da əlavə edin, duz və istiotlayın. İçlik hazırdır.

IV Almalı, qozlu içlik

Almaları soyub, rəndələyin. Qozu da xırda-xırda doğrayın. Rəndələnmiş almanın üzərinə tökün. Darçın və şəkər tozu da səpib, qarışdırın. İçlik hazırdır.

V Bananlı içlik

Bananları və qaymağı blender vasitəsilə tam püre halına gətirin. İçlik hazırdır.

VI Pendirli içlik

Yerkökünü qaynadıb, sürtgəcin xırda gözündən keçirin. Pendiri isə sürtgəcin iri gözündə rəndələyin. 1 diş sarımsağı da əzib, qarışıma əlavə edin. Mayonezlə qarışdırın. İçlik hazırdır.

VII Göbələkli içlik

GÖbələk və soğanı xırda doğrayıb, az yağda qızaranadək qovurun. Zövqə görə duz və istiot əlavə edin. İçlik hazırdır.

VIII Ciyərli içlik

Ciyəri yaxşıca yuyub, xırda doğrayın. 1 dəfə qaynatdıqdan sonra suyunu atıb, yenidən təmiz suda qaynadın. Bişdikdən sonra, xırda doğranmış soğan və yerkökü ilə qovurun. Üzərinə rəndələnmış yumurtaları da əlavə edin. Zövqə görə duz və istiot səpin.

NUŞ OLSUN!


blini_2blini_1
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий