Bolonez souslu spagetti

Порций:   Время приготовления:

spagettiBugün nahara Bolonez souslu spagetti hazırlayıb, ailə üzvlərinizi sevindirin.

Tərkibi:

  • 400 qr spagetti
Bolonez üçün
  • 150 qr qiymə (quzu və dana əti qarışıq)
  • 2 baş soğan
  • 2 ədəd yerkökü
  • 4 x/q tomat
  • yarım stəkan su
  • yağ
  • 2 diş sarmısaq
  • duz, istiot

Hazırlanma qaydası:

Bolonezi bişirmək  üçün öncə soğanları xırda doğrayıb, yağda qızardırıq. Üzərinə qiyməni töküb, rəngi solanadək durmadan qarışdırırıq. Daha sonra xırda doğranmış sarmısağı və kökü, tomatı, suyu əlavə edib, qapağı örtürük. Bir müddətdən sonra qapağı açıb, duz və istiot səpirik. Suyu quruyub, yağa düşəndə ocağı söndürürük.

Spagettini kəsmədən, qaynar duzlu suda bişirib, süzürük. Üzərinə kərə yağı əlavə edib, boşqaba qoyuruq. Üzərinə bolonez sousu töküb, süfrəyə veririk.

NUŞ OLSUN!


spagettibolonez sousu

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий