Boyanalı (razyana) döşəmə plov

Порций:   Время приготовления:

Bir sıra bölgələrimizdə məşhur plov növü sayılan Boyanalı aş reseptini təqdim edirik.

Tərkibi:

  • 1 kq quzu əti
  • 1 kq uzun düyü
  • 250 qr əridilmiş kərə yağı
  • 2 dəstə boyana
  • duz, istiot

Hazırlanma qaydası:

Öncə quzu ətini orta ölçülü hissələrə doğrayırıq. Duz və istiotlayıb, bir kənara qoyuruq. Düyünü təmizlənib doğranmış boyana ilə birgə duzlu suda bişiririk. Tam bişmədən ocaqdan götürüb, süzürük. Plovu dəmləyəcəyimiz qazanın dibinə qazmaq əvəzi ət tikələrini düzürük. Üzərinə boyanalı(razyana) düyünü töküb, zəif odda dəmə qoyuruq. Düyü dəmlənən müddətdə ət də yaxşıca bişir.Hazır plovumuzu süfrəyə verərkən zövqə görə üzərinə qatıq əlavə edirik.

NUŞ OLSUN!

Resept üçün Afaq Həsənovaya minnətdarıq.


PLOV
Метки записи:
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий