Brokkoli piroqu (zapekanka)

Порций: 4 nəfərlik   Время приготовления: 30dəqiqə

brokkoli piroquBrokkoli ən faydalı tərəvəzlər sırasındadır. Bugun bu möcüzəvi təamdan piroq hazırlayacağıq.  Brokkolinin tərkibində orqanizmi qüvvətləndirən bütün elementlər var. Odur ki, bu piroq ailənizin bütün üzvləri üçün çox ləzzətli nahar sayıla bilər.

Lazım olan ərzaqlar:

  • 1 ədəd brokkoli
  • 3 ədəd yumurta
  • 3 x/q un
  • 2 x/q xama
  • zövqə görə bir miqdar rəndələnmiş pendir(motsarella, parmezan, holland pendiri və s.)
  • 25 qr kərə yağı
  • duz, istiot

Bişirmə qaydası:

Hazırlanma qaydası olduqca bəsitdir. Brokkolini kökündən ayırıb, yaxşıca yuyuruq. Hissələrə ayırıb, kərə yağı sürtülmüş soba qabına düzürük. Kənarda yumurta, xama, un, pendiri qarışdırıb, duz və istiotlayırıq. Alınmış qarışımı da soba qabına töküb,üzərini folqa ilə örtürük. 200°-də 20 dəqiqə bişiririk. İsti-isti süfrəyə veririk. NUŞ OLSUN!


brokkolibrokkolipiroq

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий