Bublik

Порций:   Время приготовления:

Bir vaxtların dadlı Bubliklərinin resepti ilə tanış olun.

 

Tərkibi:

  • 250ml ilıq süd(su da olar)
  • 1 ç/q quru maya
  • 3 x/q şəkər tozu
  • 1 ədəd yumurta
  • 4 x/q bitki yağı
  • 1 paket vanil
  • 1 x/q çörəkotu
  • 2,5 stəkan un
  • yarım ç/q duz

Hazırlanması:

Mayanı ilıq süddə qarışdırıb, əridin. Digər qabda bitki yağı, şəkər tozu,vanil,duz və yumurtanı qarışdırın. Üzərinə mayalı kütləni və ələnmiş unu ələyib, elastik zərif xəmir yoğurun. Sonra xəmiri divarları yağlanmış qaba qoyub, üzərini örtün. 1 saatlıq mayalanmağa qoyun.  Əlinizi və xəmir yayacağınız dəzgahın səthini bitki yağına batırın.  Xəmiri 9-10 ədəd kündəyə ayırın. Kündələrin üzərini dəsmalla örtün ki, qurumasınlar. Ocağın üzərinə su tökülmüş qab qoyun, içərisinə 2 x/q şəkər tozu və 1 x/q bitki yağı tökün. Kündələrin ortasını əlinizlə deşib, səliqə ilə əlinizə keçirdin. Elə olmalıdır ki, bubliklərin hərtərəfi eyni ölçüdə olsun. Bu müddətdə su qaynayacaq. Ocağın dərəcəsini biraz azaldıb, hazırladığınız bublikləri bir-bir qazana atıb, bişirin. Bu müddətdə nəzarət etmək lazımdır ki, bubliklər qazanın dibinə yapışmasınlar. Təxmini 15 saniyə qazanda bişirdən sonra çıxardıb, kərə yağı sürtülmüş yağlı kağıza düzüb, üzərinə yumurta sarısı və çörəkotu səpin. 200 dərəcə isidilmişsobada, təxmini 20 dəqiqə də bişirin. Soyudub, süfrəyə verin.

bu

NUŞ OLSUN!

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий