Bulqur plovu və ət qovurması

Порций: 6 nəfərlik   Время приготовления: 2 Saat

bulqur plovuHər gün təkrar- təkrar bişirdiyiniz sıradan xörəklərdən bezmisiniz? Doğmalarınızı dadlı və fərqli naharla sevindirmək isəyirsiniz? Elə isə bu resepti mütləq sınayın. Bugün əsasən türk mətbəxinin ayrılmaz hissəsi olan bulqur plovu hazırlayacağıq. Bu dənli bitkinin faydası saymaqla bitmir. Tərkibindəki vitamin və minerallar sayəsində orqanizmi gücləndirir, radiasiyadan qoruyur, dəmirlə təmin edir, piylərin əriməsinə səbəb olur. Bulqur, düyü və kuskusdan qat-qat xeyirli qida növüdür.

Türk mətbəxində bulqur plovunun bir çox növü var. Biz sizə ən asan və olduqca dadlı plovun bişirilmə qaydasını təqdim edəcəm. 

Bulqur plovunu və ət qovurmasını hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 400 qr plovluq bulqur
  • 3 baş soğan
  • 2 ədəd pomidor
  • 1 ədəd şirin bibər( rəngin fərqi yoxdur)
  • zeytun və kərə yağı 
  • duz və istiot
  • 300 qr quzu əti

Plovun və qovurmanın hazırlanma qaydası:

Bulquru bir qaba töküb, yaxşıca yuyuruq. 2 ədəd soğanı xırda doğrayıb, yağda(mən zeytun yağında qızartdım) qızardırıq. Üzərinə sürtgəcdən keçirilmiş pomidorları əlavə edib, qazanın qapağını bağlayırıq. Bir neçə dəqiqədən sonra qapağı açıb kiçik ölçüdə doğranmış bibərləri də tökürük. Qapağı örtüb, pomidorun suyu quruyanadək bişiririk. Sonra üzərinə bulquru, 2x/q kərə yağını, duz və istiotu əlavə edib, 1 dəqiqə qovururuq. Qazana 3 stəkan su töküb, qapağı yenidən örtürük. Bulqurun suyu quruyana yaxın ocağın dərəcəsini azaldıb, 10 dəqiqə dəmləyirik. Ehtiyyatlı olmaq lazımdır ki bulqurun dibi yanmasın. Bulqur plovu hazırdır. İndi keçək ət qovurmasına. Bunun üçün quzu ətini xırda- xırda doğrayıb, suda bişiririk. Ət bişdikdən sonra, 1 ədəd soğanı doğrayıb, yağda qızardırıq. Əti soğançaya əlavə edib, duz, istiot və zövqə görə ədviyyat səpib, 5 dəqiqə qovururuq. 

Plovu şəkildəki kimi süfrəyə vermək istəyirsinizsə, öncə bişmiş bulquru kasaya doldurub sonra boşqabın içərisinə doğru çevirin. 

NUŞ OLSUN!

  bulqur bulqur plovubulqur plovubulqur plovu
Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий