Bundan sonra hamı evinizin ideal təmizliyindən danışacaq

Порций:   Время приготовления:

Əziz xanımlar, ümumiyyətlə evdə təmizliyi sevən hər kəs, bahalı təmizləyici vasitələrə pul xərcləmədən, kifayət qədər qənaət edərək evinizdə ideal təmizlik yarada bilərsiniz.

Süngəri yağ və çirkdən təmizləyək

sunger

Plastik qaba 2 stəkan isti su və 2 x/q duz töküb, qarışdırın. Süngəri içinə qoyub, 1 gecə saxlayın. Ertəsi gün nəticəni özünüz görün.

Hamamın divarlarından sabun ləkələrini təmizləyək

hamam

Bunun üçün öncə satışda olan nəm salfetlə hamam divarını və şüşəsini silin. Sonra təmiz süngərlə sürtüb, sonra  su ilə yuyun.

Fincanlarda kirəcləşmiş çay və qəhvə ləkəsini təmizləyək

fincan

Eyni miqdarda sirkə və suyu qarışdırıb, ficanın içinə tökün. 1 saat saxladıqdan sonra süngərlə yuyun. Fincanınız ilk günkü parlaqlığına qovuşsun.

Taxta mebel və rəflərə toz qonmaması üçün

mebel

Toz təmizləyən dəsmalı paltar yumada istifadə etdiyiniz ətirləndiricilərə (Məs: Lenor, Vernel) batırıb, taxtanın üzərini silin. Bundan sonra rəf və mebellerin üzərinə toz iki dəfə az qonacaq.

Divanın üzərindəki, çirk və ləkələri təmizləyək

divan

Öncə 1 x/q soda, 1/3 miqdarda sirkə və 1 x/q paltaryuyan tozu 1 stəkan isti suda (qaynar olmamalıdır)  qarışdırıb, bu məhlulla ləkəni silin. Sonra üzərinə 1 qat soda səpib, bir neçə saat saxlayın.Nəhayət tozsoranla təmizləyin.

Şirniyyat bişirdiyimiz sinini təmizləyək

sini

Ləziz şirniyyatıları bişirdikdən sonra, sininin içərisində yapışıb qalan xəmirin üzərinə öncə narın duz səpin. Sonra kağız salfetlə silin.

Sobalarımıza əvvəlki parlaqlığını qaytaraq

soba

Soba və digər dəmir səthli mətbəx əşyalarınızın üzərində barmaq izi, cızıq və digər ləkələri görmək istəmirsinizsə, öncə biraz zeytun yağına batırılmış dəsmalla silin. Sonra isə təmiz quru dəsmalla üzərindən bir dəfə də təmizləyin.

Tutulmuş çanaq borularını təmizləyək

boru

Eyni miqdarda duz və sodanı qarışdırıb, borunun ağzına tökün. Sonra üzərindən 1 stəkan sirkə axıdın. 15 dəqiqədən sonra qaynar su tökün.

Sınmış yumurtanı asan yolla təmizləyək

yumurta

Sınmış yumurtanın üzərinə bol duz səpib, 15 dəqiqə saxlayın. Sonra kağız salfetlə asanlıqla silin

 

 

Adme.ru

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий