Burittos

Порций:   Время приготовления: 30 dəq

Bugün burttios hazırlayacağıq. Burittos Meksika mətbəxinin asan yeməyi sayılır. Bir növ şaurmanı xatırladır. Buritto sözü dilimizə ”uzunqulaq ”  kimi tərcümə olunur. Adının qəribəliyinə baxmayaraq bu yeməyin uzunqulaqla heç bir əlaqəsi yoxdur.

Buritos

Burittosun hazırlanmasında lazım olan ərzaqalar:

  • 3 ədəd tortilla və ya adi lavaş
  • 1 toyuğun döş əti
  • 1 ədəd qırmızı bibər
  • 1 ədəd sarı bibər
  • 3 ədəd pomidor
  • 2 ədəd qırmızı soğan
  • 1 diş sarmısaq
  • 3 qaşıq mayonez
  • 400 qr şampinyon (göbələk)
  • 100 qr sürtgəcdən keçirilmiş holland pendiri
  • Bitki yağı
  • Duz, istiot

Hazırlanması:

Əvvəlcə soğan və sarmısağı xırda doğrayıb, yağda qızardırıq. Üzərinə kub formasında doğranmış əti əlavə edib 5 dəqiqə də qızardırıq. Daha sonra artıq təmizlənib doğranmış göbələyi də qarışıma töküb yenə 5 dəqiqə bişiririk.

Xırda doğranmış pomidoru və bibərləri də əlavə edirik. Üzərinə duz, istiot səpib bişiririk. İçlik hazır olduqdan sonra tortilla və ya lavaşların içərisinə əlavə edib bükürük.

Lavaşları soba qabına düzüb üzərinə mayonez çəkirik. Daha sonra isə holland pendiri səpib sobaya bişməyə qoyuruq. Pendirlər əriyən kimi burittosu sobadan çıxarırıq. Burittos isti halda süfrəyə verilir. Dadı isə pizzanın dadına bənzəyir.

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий