Cacık

Порций:   Время приготовления:

B_3e2441de-e9be-467b-b16a-80edd82e1791Cacık Türk mətbəxinin qatıq və digər ərzaqlarla hazırlanan soyuq qəlyanaltısıdır.  Əsasən isti yeməklərdən öncə digər soyuq məzələrlə süfrəyə verilir. Cacık həmçinin isti yay günlərinin əvəzolunmazıdır.

Tərkibi:

  • 2 stəkan qatıq
  • 1 stəkan su
  • 3 ədəd xiyar
  • 2 diş sarmısaq
  • Bir ovuc şüyüd
  • duz, nanə qurusu
  • 1 qaşıq bitki yağı (zövqə görə)

Hazırlanma qaydası:

Öncə xiyarların qabığı soyulub, sürtgəcdən keçirilir. Üzərinə kənarda çırpılmış qatıq və su qarışımı əlavə edilir. Xırda doğranmış şüyüd və əzilmiş sarmısaq da tökülür. Duz və nanə qurusu səpilib, qarışdırılır. Bitki yağı əlavə edib-etməmək zövq məsələsidir. Bu qəlyanaltını yarım saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz. 

NUŞ OLSUN!


 B_3e2441de-e9be-467b-b16a-80edd82e1791

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий