Çayın düzgün dəmlənmə qaydaları

Порций:   Время приготовления:

5000-dən çox yaşı olan çayın yaranması və düzgün dəmlənməsi haqda nələri bilirik?! Gəlin, çayın  tarixi keçmişinə bir də zaman pəncərəsindən baxaq. Mənbələrə görə, Çin hökmdarı Şen Nunun xidmətçilərindən biri bağçada su qaynadarkən, içərisinə təsadüfən çay yarpağı düşür. Bağçanı bürüyən xoş ətir hökmdarı valeh edir. İçkinin dadına baxdıqdan sonra isə, çayın istehsalına əmr verir. Beləcə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş  bu sehirli içki, öncə Çinə, sonra isə bütün dünyaya yayılır.

en-guzel-cay-resimleri-08

Çayın dəmlənməsi ilk baxışdan  sadə görünsə də, böyük peşəkarlıq tələb edir. Dəm çaydanının materialından tutmuş, istifadə edəcəyiniz suyun tərkibinədək hər bir amil, çayın dadına böyük təsir göstərir. Odur ki, aşağıdakı şərtlərə əməl etsəniz, Çay süfrənizin ləzzəti hələ uzun müddət damağınızda qalacaq:

en-guzel-cay-resimleri-11

SU

Çay dəmlənməsi zamanı ən gözəl seçim təbii bulaq suyudur. Çünki bu suyun tərkibindəki faydalı minerallar  çayın xoş ətirini daha da artıracaq.  Əgər bulaq suyu tapmasanız, təmizlənmiş sulardan istifadə edə bilərsiniz. Təmizlənmiş suların tərkibində, çayın qoxusunu və dadını kəskinləşdirən  zərərli maddələr olmur.

Çay dəmlənməsində isti kran suyundan istifadə etmək, orqanizmə çox ziyandır. Bu zaman su kəmərlərinin daxilindəki zəhərli maddələr suya çökür və suyun tərkibindəki oksigen itir.

Asiyada ənənəvi olaraq, çay dəmləmək üçün işlədilən su, mütləq qaynadılmalıdır. Bu zaman suyun tərkibindəki ziyanlı mikrob və bakteriyalar ölür, keyfiyyəti artır. Həmçinin, suya tökülən çay yarpaqlarının xoş rahiyəsi daha tez yayılır, eləcə də dəmlənmiş çay oksigenlə zəngin olur.

TEMPERATUR

Çayın dəmlənməsində istilik dərəcəsi həlledici rol oynayır. "İstənilən çayın hazırlanmasında qaynar su istifadə etmək mütləqdir" fikri tamamən yanlışdır. Yaşıldan tutmuş qarayadək hər bir çay növü individual tərkibə malikdir, və onları müxtəlif temperatur həddində dəmləmək lazımdır. Məsələn yaşıl çay daha incə emal edildiyi üçün,  onu ilıq suda dəmləyib, içmək doğrudur. Qara çay isə əksinə, əsil ləzzətini üzə çıxarmaq üçün qaynar suda dəmlənməlidir.

DƏMLƏNMƏ MÜDDƏTİ

İstilik dərəcəsi kimi, dəmlənmə müddəti də çay növünə görə dəyişə bilir. Əgər yaşıl çay kimi incə yarpaqlılar qısa zaman kəsiyində dəmlənirsə, qara, fermentli və bir sıra digər növlərin hazırlanma müddəti daha uzun olur. Bu həmçinin müxtəlif cəmiyyətlərin mədəniyyətindən və şəxsi seçimdən asılıdır.

ÇAYDANIN (dəmlik) MATERİALI

İlk baxışdan əhəmiyyətsız görünsə də, çaydanın materialı da, çay dəmlənməsində böyük önəm daşıyır. Dəm çaydanı alarkən, dəmlənəcək çayların növlərinı nəzərə almaq lazımdır. Məsələn damir çaydan mayeni uzun müddət isti saxlamaq keyfiyyəti sayəsində, yüksək temperaturda dəmlənən çaylar üçün ideal seçimdir. Bu siyahıya  qara çay və s. daxildir. Yaşıl, ağ və digər zəif temperaturda dəmlənən çayları isə çini və şüşə materiallı dəm çaydanlarında hazırlamaq doğrudur. Beləcə çayın ləzzəti və ətiri də ürəyinizcə olacaq.

ÜMUMİ TƏLİMATLATLAR

Təqdim edəcəyimiz cədvəldə çayların növünə görə dəmlənmə müddəti, suyun temperaturu, dəmliyin materialı seçimləri haqda ətraflı göstərişlər qeyd olunub.

ÇAYIN NÖVLƏRİ MİQDARI DƏMLƏNMƏ MÜDDƏTİ  SUYUN İSTİLİK DƏRƏCƏSİ ÇAYDANIN MATERİALI
2-3 ç/q 3 dəqiqə 80° - 85° C
Şüşə, çini
YAŞIL
yapon(buxarda hazırlanan)
çin
 

1-2 ç/q
2  ç/q

 

1-2 dəqiqə
2-3 dəqiqə

 

70° - 80° C
80° - 85° C

 

Şüşə, saxsı

Şüşə, çini

UZUN yarpaqlı

Açıq (yaşıl)
Qalın (tünd)

 

2-3 ç/q
2-3 ç/q

 

2-3 dəqiqə
3 dəqiqə

 

85° - 95° C
95° C

 

Çini,gil
gil

Qara

Xırda yarpaqlı
Tam yarpaqlı

 

1-2 ç/q
1-2 ç/q

 

2-3 dəqiqə
3-5 dəqiqə

 

95° C
95° C

 

çini
çini

PU-ERH (Fermentli) 1-2 ç/q 3 dəqiqə 100° C gil
Bitki Çayları 1-2 ç/q 3 dəqiqə 100° C Şüşə,çini

1. Çini materialdan dəmlik

seramik-kemik-&ccedil

2. Gil materialından dəmlik

bigfang_gu_0820_1

3. Şüşə dəmlik

steklyanniy-zavarochniy-chaynik-wg-pion-s-zavarochnoy-kolboy-art003824-4848056

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий