Cəmi 10 dəqiqəyə hazırlanan Kəsmikli Omlet

Порций: 5 dilim   Время приготовления: 10 dəqiqə

İmsak vaxtı dadlı və doyumlu qidalanmaq istəyənlər üçün asan və ləziz Kəsmikli omlet resepti. Bu yemək nəinki imsakda, adi səhər yeməyində də ağız dadınızı oxşayacaq.

Tərkibi:

  • Kəsmik - 180 qr
  • Yumurta - 3 ədəd
  • duz, istiot
  • ədviyyatlar və göyərtilər ( zövqə görə)
  • 3 x/q yağ

Hazırlanma qaydası:

Bir qabda yumurtaları və kəsmiyi yaxşıca qarışdırın. Üzərinə zövqə görə 1 ovuc doğranmış şüyüd, ispanaq və ya digər göyərtilərdən tökün. Duz, istiot, 1 ovuc da sarıkök əlavə edib, yenidən qarışdırın. Kütləni öncədən isidilmiş yağlı tavaya töküb, ikitərəfli qızardın. Biraz da piroqu xatırladan omlet hazırdır.

Kəsmikli omlet və 1 stəkan ətirli çay yeni günə uğurlu və sağlam başlamaq üçün əla səbəbdir.

NUŞ OLSUN!


1466584049__eg6oalg-ba

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий