Cəmi 15 dəqiqəyə bişmədən hazır olan tort

Порций: 10 dilim   Время приготовления: 15 dəqiqə

Düşünürsünüz ki, dadlı tort hazırlamaq üçün uzun zaman sərf etmək lazımdır? Biz bunun əksini desək inanarsınızmı? Təqdim etdiyimiz tort reseptini bişirməyə belə gərək yoxdur.

Tərkibi:

  •  24 ədəd peçenye
  • 250 qr kəsmik
  • 5 xörək qaşığı xama
  • 3 xörək qaşığı şəkər kirşanı
  • 100 qr yumşaldılmış kərə yağı
  • zövqə görə qara gavalı
Üzərini bəzəmək üçün
  • kakao
  • Hazır dəmli kofe

Hazırlanması:

Öncə şəkər kirşanını kəsmik və xamayla mikserin aşağı sürətində çırpın. Kərə yağı əlavə edib yenə çırpın. Qara gavalını yumşaldıb doğrayın.Dairəvi formaya streç sellofan sərib, peçenyeni tez kofedə isladıb 1 qat düzün. Kəsmikli içlikdən peçenyenin üzərinə yayıb,qara gavalıdan səpin. Yenə bir qat kofedə isladılmış peçenye, kəsmikli içlik və qara gavalı. Axırıncı qata zövqə görə peçenyeni islatmayada bilərsiniz(gavalı da qoymaya bilərsiniz).Ehtiyyatla tortu bir boşqab üzərinə çevirib streç-sellofanı çıxarın. Hər tərəfinə krem yaxın, kakao səpin və peçenye qırıntıları ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

bishmeyen_tort

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий