Cəmi iki ərzaqdan ibarət Yapon tortu

Порций: 6 dilim   Время приготовления: 1,5 saat

cake-2-ingredientsTəqdim etdiyimiz maraqlı reseptin vətəni Yaponiyadır. Bu tortu hazırlamaq üçün Sizə cəmi iki ərzaq gərəkdir.

 

Lazım olan ərzaqlar:

  • 3 ədəd yumurta
  • 165 qr şokolad

Hazırlanma qaydası:

Yumurtaların ağını sarısından ayırırıq.  Yumurtanın ağını tökdüyümüz qabı soyuducuya qoyuruq ki, mikserlə çalanda rahat olun.  Bun vaxt ərzində şokoladı xırdalayın, bir qaba tökürük.  Qabı su hamamına qoyub, şokoladı tam əridirik.  Şokolad əriyən müddətdə, yumurtaların ağını soyuducudan çıxardıb, mikserlə 10-15 dəqiqə tam bərkiyənədək qarışdırırıq. Tam əridilmiş şokoladı qarışdırıb, biraz soyumağa qoyuruq.  Sonra yumurtaların sarısını şokolada əlavə edib,  çırpıcı ilə qarışdırırıq. Yumurtanın ağını yavaş-yavaş kütləyə tökərək, ehtiyyatla aşağıdan yuxarı doğru qarışdırırıq. Biskviti bişirəcəyimiz  soba qabının içərisinə yağlı kağız sərib, kütləni tökürük. Soba qabını bir neçə dəfə yavaşca masanın üzərinə vururuq ki, xəmirin içərisindəki, köpüklər çıxsın. Qabı öncədən 170 dərəcə isidilmiş sobada 35-40 dəqiqə bişiririk. Bişmiş hazır tortu sobadan götürüb, ehtiyyatla qabdan çıxardıb, tam soyumağa qoyuruq. Süfrəyə verərkən zövqə görə üzərinə şəkər kirşanı əlavə etmək olar. Yapon tortumuz hazırdır.

NUŞ OLSUN!


cake-2-ingredients
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий