Çığırtma plov

Порций:   Время приготовления:

12654351_956876247740807_8467526264321950538_nÇox ləzzətli Çığırtma plov reseptimizlə tanış olun.

Tərkibi:

Çığırtma üçün
  • 1 ədəd toyuq
  • 4 baş soğan 
  • 2 x/q əridilmiş kərə yağı
  • 3 ədəd yumurta
  • Duz, istiot
Plov üçün
  • 500qr uzun düyü
  • 150 qr əridilmiş kərə yağı
  • 1 x/q sarıkök
Qazmaq üçün
  • 1 yumurta
  • 1qaşıq xama
  • 5 qaşıq süzülmüş düyü
  • duz, istiot

Hazırlanma qaydası:

Öncə soğanı yarıhalqa şəkilində nazik doğrayıb, bol kərə yağında zəif odda qızartmadan, qovurun.Toyuğu hissələrə bölüb, yuyub biraz qaynadın. Yarıbişmiş ətləri soğana əlavə edib, üzərinə toyuğun öz bulyonundan töküb, duz və istiot səpin. Zəif odda tam bişib, az qızaranadək qovurun. Sonda üzərinə yaxşı qarışdırılmış yumurta əlavə edib, bişirin. Çığırtma hazırdır

çığırtma

Plovu bişirmək üçün, düyünü duz əlavə olunmuş ilıq suya tökürük və aşı hazırlayacağımız qazana su doldurub qaynamağa qoyuruq. Su yaxşıca qaynayanda içinə duz və artıq yuyulmuş düyünü əlavə edirik. Düyü tam bişməmiş, ocaqdan götürüb süzürük.

Süzdüyümüz düyüdən 5 xörək qaşığını, yumurta və   xama ilə qarışdırıb qazmaq formasında qazanın dibinə yayırıq.Üzərinə qalan düyünü, sarıkökü və 150 qr ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyuruq. 40 dəqiqəyə plovumuz da hazırdır. 

plov

Çığırtmanı plovla birgə süfrəyə veririk. Nuş olsun!

12654351_956876247740807_8467526264321950538_n


Resept üçün Liza xanıma təşəkkürlər.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий