Çili bibəri ilə şokoladlı tort

Порций:   Время приготовления:

Öz acılı, şirinli xatirələri ilə ömrümüzdən daha 1 il keçir. Elə bu əlamətdar hadisənin şərəfinə Bibərli və şokoladlı tort resepti paylaşırıq. Acı və şirin dadları çox sevənlər üçün, bu tort tapıntı olacaq. Tortun bir özəlliyi də odur ki, bir yandan yeyib, bir yandan artıq çəki itirəcəksiniz.

qani

Tərkibi:

  • 200 qr kərə yağı
  • 150 qr tünd şokolad (bitter)
  • 4 ədəd yumurta
  • 260 qr qəhvəyi şəkər tozu (ağ da olar)
  • 150 qr un
  • 50 qr üyüdülmüş badam
  • 2 x/q kakao
  • 2 ç/q qabartma tozu
  • 4 x/q süd
  • 1,5 ç/q üyüdülmüş çili bibəri
Şokoladlı qlazur və ya Qanaş 
  • 200 ml yağlı qaymaq
  • 200 qr tünd şokolad 

Hazırlanması:

Öncə qeyd edək ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Bir qabda kərə yağını əridib, ocaqdan götürün. Üzrinə xırda doğranmış şokolad töküb, 2 dəqiqə gözləyin. Sonra qarışımı mikserlə çalıb, kənara qoyun. Unu ələyib, üzərinə üyüdülmüş badam, qabartma tozu, kakao və üyüdülmüş çili bibəri səpin. Yumurtaları 3 qatına qalxanadək mikserlə çalın. Mikserin dərəcəsini azaldıb, şokoladlı kütləni də üzərinə tökün.  Kütləni unlu qarışım və südlə az-az əlavə edərək qarışdırın. Xəmiri biskvitt formasına töküb, 160 dərəcədə 30-35 dəqiqə bişirin. Hazır biskviti soyudub, ortadan eninə yarıya bölün. 

Bu müddətdə qanaşı hazırlayın. Əziz kulinarlar çox vaxt bizdən qanaş resepti istəyirsiniz. Buyurun dadlı qanaşı birgə hazırlayaq.

Qaymağı balaca qaba töküb, ocağın üzərində qaynadırıq. Ocaqdan götürüb, doğranmış şokolad əlavə edirik. 2 dəqiqə saxladıqdan sonra qarışdırırıq. Soyutduqdan sonra qanaş sousumuz hazır vəziyyətə gələcək. Qanaşı korjların arasına, tortun üzərinə və kənarlarına sürtürük.

qani

NUŞ OLSUN!

QAN

Метки записи:
Loading...