Çiyələk cemi

Порций: 2 kq   Время приготовления:

Çiyələk cemi hazırlayıb, səhər yeməyi süfrələrində əzizlərinizi sevindirin.

Tərkibi:

  • 2 kq çiyələk
  • 1.4 kq şəkər tozu

Hazırlanma qaydası:

Çiyələklər saplağından təmizlənir, yuyulub suyu süzülür ve ətçəkən maşından keçirilir.Üzərinə şəkər tozu əlavə edilərək, bişməyə qoyulur.Bişən zaman tez-tez qarışdırılır ki, cemin dibi yapışmasın. Cemin bişdiyini bilmək üçün suyu çəkilənə yaxın qaşıqla  bir qaba töküb, soyumağını gözləyin. Soyuduqdan sonra, istədiyiniz qatılıqdadırsa, ocağı  söndürün. Biraz daha qatı olmağını istəyirsinizsə, o zaman bişirmeye biraz da davam edin. Hazır cemi soyudub, sterlizə edilmiş süsə bankalara yığın. Ağzını möhkəm bağlayıb, sərin yerdə saxlayın.

Resept üçün Afaq İsrafilovaya minnətdarıq.


çiyələk çemi

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий