Çiyələkli desert

Порций:   Время приготовления:

13453901_1185960841436249_1953750079_nÇiyələkli desertin hazırlanma qaydası ilə tanış olun.

Tərkibi:

Keksi üçün:
  • 4 ədəd yumurta
  • 100 qr un
  • 75 qr şəkər tozu
  • 4 qr qabartma tozu
Kremi üçün:
  • 500 qr süd
  • 130 qr şəkər tozu
  • 4 ədəd yumurta
  • 150 qr kərə yağı
  • 100 qr ağ şokolad

Hazırlanma qaydası:

Kremin hazırlanması üçün südü bir qazana töküb, şəkər tozunun yarısını üzərinə əlavə edin. Arabir qarışdıraraq qaynamağa qoyun. Şəkər tozunun qalan yarısını bir qaba töküb üzərinə yumurtaları sındırıb, yumurtalar tamamilə açılanadək qarışdırın.Sonra bu iki qarışığı birləşdirib, soyudun. Soyuduqdan sonra, yumşaldılmış kərə yağı və su hamamında əridilmiş şokoladı da əlavə edib mikserlə qarışdırın. Krem hazırdır.

Keks üçün yumurta və şəkər tozunu mikserlə təxminən 8-10 dəqiqə yaxşıca qarışdıraraq qabardın.Un və qabartma tozunu ələyərək əlavə edin və yavaş-yavaş qarışdırın. Qarışığı bir dairə keks qəlibinə ya da odadavamlı şüşə qaba töküb 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirib, soyudun. Sonra keksi dairəvi şəkildə ortasından kəsərək iki hissəyə bölün. Kəsdiyiniz keksin birini kənarı açılan keks qabına qoyun. Üzərinə kremi yaxıb çiyələkləri ortadan ikiyə kəsərək dairənin ətrafına düzün. Yenidən kremləyib, keksin ikinci hissəsini də döşəyin. Yenidən krem qoyub çiyələklərlə bəzəyin. Tortu 1 neçə saat soyuducuda saxlayın. Çevrəni ehtiyyatla açıb, çıxarın. KkənarlardakI artıqları təmizləyib, dadlı deserti süfrəyə verin.

Nuş olsun!


çiyelek

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий