Çiyələkli dondurma

Порций:   Время приготовления: 40 dəqiqə

13278021_890452417767654_280674172_nQızmar yay gönlərində, doğmalarınıza qatqısız, zərərsiz Çiyələkli dondurmanı özünüz hazırlayın.

Tərkibi:

  •  200 qr orta yağlı qaymaq
  • 200 qr çox yağlı qaymaq
  • 150 qr şəkər tozu
  • 2 ədəd yumurta sarısı
  • 2-3 çay qaşığı limon suyu
  • 250 qr çiyələk

Hazırlanması:

Bir qaba orta faizli qaymağı töküb. üzərinə şəkər tozu əlavə edin. Əriyənə qədər ocaqda qaynatmadan qızdırın. Ayrıca bir qabda yumurtaların sarısını qarışdırın. Qaymaqlı kütləni buraya əlavə edin və dayanmadan qarışdırın ki, yumurtalar çürüməsin. Alınan qarışımı yenidən orta istilikdə ocağın üzərinə qoyub, aramsız qarışdıraraq 8-10 dəqiqə ərzində qatılaşadək qaynadın. Hazır kremi ələkdən keçirib, üzərinə  yağlı qaymağı tökün və mikserlə çalın. Çiyələyə limon suyu sıxıb, blenderlə püre halına gətirin və kremin üzərinə tökün. Dondurmanı mikserlə yaxşıca qarışdırıb, dondurucuya qoyun. Çiyələkli dondurmanı soyuq halda yemək lazımdır.

Nuş olsun!


Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий