Çiyələkli napoleon

Порций:   Время приготовления: 40 dəqiqə

13162272_876152229197673_897360713_nƏn asan Çiyələkli napoleon resepti ilə tanış olun.

Tərkibi:

  • 1 paket milföy xəmiri
Krem üçün:
  • 200 qr qaymaq
  • 2 xörək qaşığı şəkər kirşanı
Bəzəmək Üçün:
  • Çiyələk ,bal, kokos yonqarı,şəkər kirşanı

 Hazırlanması:

Milföy xəmirini dürdbucaqlı şəkilində kəsin. Yağlı kağız sərilmiş soba sinisinə düzüb, 180 dərəcə qızdırılmış sobada bişirin. Krem üçün qaymaq və şəkər kirşanını mikserlə qarışdırıb, soyuducuda gözlədin. Çiyələyi  nazik şəkildə doğrayın. Milföy xəmirləri bişdikdən sonra sobadan çıxardın. Sonra birinin üzərinə soyuyan kremdən sürtün. Üzərinə çiyələkləri düzüb, bal yaxın və kokos yonqarı səpin. Eyni şəkildə bir qat da qoyub, kremlədikdən sonra, başqa dördbucaqlı bişmiş xəmiri üstünə yerləşdirin. Bütün xəmirləri bu qaydada hazırlayıb, üzərinə şəkər kirşanı səpib, süfrəyə verin.

NUŞ OLSUN!


1 paket milföy xəmiri

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий