Çiyələkli piroq

Порций: 10 nəfərlik   Время приготовления: 2 saat

piroq 3 Yaz mövsümündə hazırlanan Çiyələkli piroqun dadını çox sevəcəksiniz.

Lazım olan ərzaqlar:

  • Yumurta -1 ədəd
  • Şəkər tozu -1 stəkan
  • Yağ - 150 qr
  • Un - 2,5 stəkan
  • 1 ç.q vanil
  • 1 ç.q qabartma tozu
İçi üçün:
  • 300 q çiyələk
  • 1 x.q şəkər tozu
  • 2 x.q qarğıdalı nişastası

Hazırlanma qaydası:

Çiyələkləri yuyub, 4 yerə bölüb, kənara qoyuruq. Yumşalmış kərə yağını şəkər tozu ilə yaxşıca qarışdırırıq. Yumurtanı əlavə edib, qarışdırmağa davam edirik. Unu, qabartma tozunu və vanili  birgə ələyib, qarışıma səpərək, xəmir hazırlayırıq. Yumşaq, ələ yapışmayan xəmir alınır. Hazır xəmiri 1-i böyük, 1-i kiçik olmaq şərtilə 2 hissəyə bölürük. Kündələri sellofana qoyub, 1 saat soyuducuda saxlayırıq.

Soba qəlibinə yağlı kağız sərib, xəmiri əlimizlə tava boyu hamarlayırıq. Çiyələkləri xəmirin üzərinə düzürük. Üstünə şəkər tozu və nişasta əlavə edirik.  Nişasta çiyələyin şirəsini kənarlara axmağa qoymur. Kiçik kündəni də sürtgəcdən keçirərək, çiyələyin üzərinə əlavə edirik.

çiyələk

Çiyələkli piroqu 180 dərəcə qızdırılımış sobada, 35-40 dəqiqə ərzində üzəri qızarana qədər bişiririk.

çiyələkli piroq

çiyələkli piroq2

Nuş olsun!

piroq2

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий