Çiyələkli ürək piroqu

Порций:   Время приготовления:

13007135_1143634252334307_7927962322626746366_n (1)Yaz aylarının əvəzolunmaz meyvəsi sayılan çiyələyin, dadı ilə yanaşı insan orqanizminə bir çox faydası var. Vücudumuz üçün vacib olan C vitamin ilə zəngindir. Çiyələk gözünüzün sağlamlığını qoruyur, qanı təmizləyir və dərinizi yeniləyir. Təqdim etdiyimiz resept isə olduqca yüngül və fəsilə uyğundur.

Tərkibi:

  • 3-4 stəkan doğranmış çiyələk
  • dondurulmuş qat-qat xəmir (milföy)
  • 1/2 stəkan şəkər tozu
  • 1/2 stəkan su
  • 3 xörək qaşığı qarğıdalı nişastası
  • 1 yumurtanın sarısı

Hazırlanması:

Öncə  doğranmış çiyələyi bir qaba töküb üzərinə şəkər tozunu əlavə edin .13046283_865423650270531_1329594684_n

Orta ölçülü qazanda suyu, nişastanı və şəkərli çiyələyi zəif odda təqribən 10 dəqiqə qaynadın.Bu müddətdə  2 ədəd dairəvi qat-qat xəmiri dəzgahın üzərinə qoyub, oxlovla yayın.

12992995_865423680270528_1264862208_n

 

Dairələrin birinin üzərində ürək formalı qəliblə kiçik-kiçik ürəklər kəsin.Piroq qəlibinin alt qisminə laylı xəmirin birini sərin, üzərinə soyumuş çiyələkli içliyi tökün.

13012701_1143634115667654_7811088972742360567_n

Kəsdiyiniz ürəkləri şəkildə gördüyünüz formada aralıqsız çiyələyin üzərinə düzün.

13007135_1143634252334307_7927962322626746366_n (1)

Düzdüyünüz ürəklərin üzərinə yumurta sarısı çəkib şəkər tozu səpin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzərləri qızaranadək 20 dəqiqə bişirin.

13015287_1143634395667626_1048780780980471701_n (1)

Nuş olsun!


Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий