Çiyələyin faydaları

Порций:   Время приготовления:

13020462_850507215061533_346266205_nÇiyələk mövsümü artıq başladı. Hər kəsin sevdiyi bu giləmeyvənin faydalarından xəbərdarsınızmı? Yaz aylarının imtina edilməz meyvəsi olan çiyələyin insan orqanizminə  xeyiri saymaqla bitmir. Rəngi, qoxusu və dadı ilə ən çox sevilən giləmeyvələrdən biri olan çiyələkdə bol miqdarda fosfor və dəmir var. Çiyələyin faydaları arasında, ilk sırada C vitamini ilə zəngin olması durur. 8 ədəd çiyələk yeyərək gündəlik C vitamini ehtiyacınızın 1.5 qatını ödəmiş olursunuz.

Çiyələk bədənə qüvvət verir; Damar tıxanıqlığının qarşısını alır və xolesterolu azaldır. Xərçəng xəstəliyinə qarşı qoruyucu xüsusiyyəti var və həzm sisteminin nizamlı fəaliyyətini təmin edir. Bağırsaq qurdlarının tökülməsinə kömək edir, qanı təmizləyir, bədəndən zərərli maddələri uzaqlaşdırır.

13045571_850507318394856_1552344681_n

Sevgi giləmeyvəsi sayılan çiyələk, həmçinin diş ətlərini gücləndirir, ağız qoxusunu aradan qaldırır. Hətta bir çox Hollywood ulduzlarının dişlərini çiyələklə masaj edərək ağartdığı da qeyd olunur.

Çiyələk sakitləşdirici təsirə malikdir, stressi azaldır, təzyiqi tənzimləyir, hərarəti endirir. Revmatizm (oynaq ağrılarını) ,və qaraciyər xəstəliklərini dəf edir. Dərini nəmləndirib təzə bir görünüş qazandırır.

13045412_850507228394865_1808259939_n

Çiyələyi müxtəlif salatlar, yoqurtlar, şirniyyat və dondurmalar, spirtli və spirtsiz içkilərin istehsalında istifadə edə bilərsiniz.

13023264_850507205061534_996977008_n (1)13059631_850507268394861_2022263476_n13020500_850507298394858_30666241_n

Əminik ki, sevimli giləmeyvənizin sadalanan faydalarını oxuduqdan sonra, təbiətin bizə verdiyi bu möcüzəvi ləzzəti süfrələrinizdən əskik etməyəcəksiniz!

13012701_1143634115667654_7811088972742360567_n

 

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий