Çizkeyk

Порций: 10 nəfərlik   Время приготовления: 1 saat

ÇİZKEYKƏziz dostlar, dövrümüzün ən məşhur şirniyyatlarından biri də "cheesecake" yəni pendirli piroqdur. Çizkeykin onlarla növü var. Mən sizə ən sadə və tez başagələn cemli çizkeyk resepti təqdim edəcəm.

Çizkeykin terkibi:

Qazmaq üçün

  • 300 qr peçenye ( savoyardi, yubileynoe və s.)
  • 100qr kərə yağı

Çizkeyk üçün

  • 350 qr krem pendir (plavlennıy sır)
  • 200 qr qaymaq
  • 2 ədəd yumurta
  • 4 x/q şəkər tozu
  • 1 paket vanil

Bəzək üçün

  • çiyələk cemi

Hazırlanma qaydası:

Əziz kulinarlar, nəzərinizə çatdırım ki, bu şirniyyatı azyaşlılar üçün bişirdim. Odur ki, çizkeyki nazik etdim. Əgər siz daha qalın olmasını istəyirsinizsə ərzaqların miqdarını artırın. Məsələn: 3 ədəd yumurta, 600 qr pendir,400 qr qaymaq,1 stəkan şəkər tozu istifadə edin. İstənilən halda qazmağın tərkibi dəyişmir.

Peçenyeni ya kofexırdalayan maşında, ya da ət maşınında çəkib, un halına gətiririk.Yağı da əlavə edib, yaxşıca qarışdırırıq. Alınan qazmağı kənarları açılabilən soba qabının dibinə səliqə ilə yayırıq. 180 dərəcədə 5 dəqiqə bişiririk.

2Bu müddətdə qaymaq, pendir, yumurta, şəkər tozu və vanili mikserlə çırpırıq. Qarışımı soba qabına qazmağın üzərinə töküb  180dərəcədə 30 dəqiqə bişiririk. Sobanı söndürdükdən sonra çizkeyki çıxarmağa tələsməyin, 15 dəqiqə soyumasını gözləyin.

Çizkeyki sobadan çıxaran kimi, kənarlarını bıçağın köməyi ilə, astaca soba qabından ayırın. Biraz soyumasını gözləyib, soyuducuya qoyun.  1 saatdan sonra soyuducudan çıxarıb, üzərinə cemi yayın. 

Çizkeyk soyuq halda yeyilir. Odur ki onu daim soyuducuda saxlamaq lazımdır. NUŞ OLSUN!


peçenyeQAZMAQÇİZKEYK

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий