Çörək

Порций: 2 ədəd   Время приготовления: 4 saat

çörək1Çörək,  hər bir ailədə ən çox yeyilən və gündəlik alınan qida növüdür. Bir sözlə evlərimizin bərəkətidir.  Bu gün çörək bişirəcəyik.

Çörək bişirmək üçün lazım olan ərzaqlar:

  • 500 qr un
  • 1 çay qaşığı maya 
  • təxmini 2 stəkan ilıq su
  • yarım çay qaşığı duz
Üzərinə çəkmək üçün
  • yumurta sarısı

Hazırlanma qaydası:

Öncə mayanı 1 stəkan ilıq suda həll edirik.  Bir qabda unu ələyib üzərinə duz səpirik. Mayalı suyu da, əlavə edib, xəmir yoğururuq. Lazım olduğu qədər yenidən su töküb, yoğurmağa davam edirik.  Xəmir nə çox bərk, nə də ələ yapışan olmalıdır. Daha sonra xəmirin üzərinə çay dəsmalı sərib, qalın odealla üzərini örtürük. İsti yerə qoyub 3 saat gözlədirik.  Xəmir gələndən sonra yumuşaq olur, əlinizlə üzərinə basıb, əmin ola bilərsiniz. Sonra xəmiri kündələrə bölürük. Əgər sobanız kiçik ölçülüdürsə, kündənin birini bişirərkən, digərinin üzərinə dəsmal sərin ki, qurumasın. Soba qabına bitki yağı çəkib, kündəni əlimizlə yayırıq. Üzərinə yumurta sarısı çəkib, çəngəl və əlimizlə bəzəyirik.  200 dərəcədə 30 dəqiqə bişiririk.  

NUŞ OLSUN!


mayaunxəmirçörək

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий