Çox dadlı “Şuba” salatı

Порций:   Время приготовления:

Klassik "Şuba" salatını hər birimiz uşaqlığımızdan sevirik. Bəs onu daha ləzzətli hazırlamaq istərdinizmi? O zaman bu resepti sınayın.

salat

Tərkibi:

  • az duzlanmış siyənək balığı (селедка)  
  • 3 ədəd kartof
  • 2 ədəd yerkökü
  • 3-4 ədəd orta ölçülü çuğundur
  • 1 baş soğan
  • 3 ədəd yumurta
  • limon suyu
  • 2 x/q günəbaxan yağı
  • 350 qr mayonez
  • 1 ədəd yerkökü və çuğundur (bəzəmək üçün)

Hazırlanması:

Öncə bütün tərəvəzləri qaynadırıq. Yumurtanı da eyni qaydada bişiririk. Duzlu Siyənək balığının sümüklərini təmizləyib, incə-incə doğrayırıq.  Soğanı da xırda doğrayıb, təxmini 3 x/q limon suyunda marinə edirik. Bişən ərzaqların qabığını soyub, soyumağını gözləyirik. Salatı hazırlayacağımız qaba öncə kartofu sürtgəcin iri gözündən keçirdirik. Üzərinə mayonez sürtürük. Sonra bitki yağı və marinə edilmiş soğanla qarışdırılmış duzlu balığı mayonezin üzərinə döşəyirik. Balığın üzərinə yerkökünü də rəndələyib, mayonezləyirik.  Ardınca  öncə yumurta sarısını, sonra isə çuğunduru da rəndələyib, mayonezləyirik. Salatın üzərini yerkökü, çuğundur və cəfəriilə zövqə görə bəzəyirik. Şuba salatını bir neçə saat soyuducuda saxladıqdan sonra, süfrəyə veririk.   salat      

QEYD: Salatınızın şəkildəki kimi alınmağını istəyirsinizsə, boşqabın üzərinə kənarı açılan biskvit qəlibini qoyub, sonda isə ehtiyyatla götürə bilərsiniz.

NUŞ OLSUN!
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий