Çudu

Порций:   Время приготовления: 4 saat

ÇUDUBu təam əsasən Dağıstan və avar mətbəxinin qəlyanaltı növüdür. Hazırlanma qaydası isə müxtəlifdir. Bəzən çudunu qutab kimi böyük ölçüdə, bəzən isə Sizə təqdim edəcəyim ölçüdə bişirirlər. İçlik olaraq çox zaman qiymə istifadə olunur. Bizsə pendirli kartof püresi ilə hazırlayacağıq.

Tərkibi:

Xəmir üçü
  • 1 kq un
  • 2 ədəd yumurta
  • 3 stəkan süd
  • 1x/q duz
  • 1 ç/q quru maya
İçlik üçün
  • 4 ədəd kartof
  • 1 ədəd soğan
  • yarım stəkan süd
  • 2 x/q kərə yağı
  • sarıkök, duz, istiot
  • 100 qr rəndələnmiş holland pendiri
Yağlamaq üçün
  • 150 qr kərə yağı

Hazırlanma qaydası:

1  Öncə xəmiri hazırlayırıq. Mayanı 1 stəkana töküb, üzərinə 3 x/q ilıq süd əlavə edirik.10 dəqiqə köpüklənənədək gözləyirik. 3 stəkan südü qazana töküb, ilıq olanadək ocağın üzərində saxlayırıq. İlıqlanmış südü ocaqdan götürürük. 1 kq unu iri bir qaba ələyib, üzərinə mayanı, duzu, yumurtanı və 2 stəkan südü töküb, xəmir yoğururuq. Ehtiyac olarsa, yenə süd əlavə edirik.  Yumuşaq xəmir əldə edənədək yoğururuq. Üzərinə sellofan çəkib, odealla örtürük. 2 saat ərzində xəmirin acımasını gözləyirik.

2 Xəmirin hazır olmasını gözlədiyimiz müddətdə içlik hazırlayırıq. Karofları soyub, doğrayıb suda bişiririk. Qabığı soyulmuş soğanı da qazana atırıq. Bişdikdən sonra soğanı çıxarıb, kartofun suyunu süzürük. Üzərinə duz, istiot,sarıkök, kərə yağı və südü töküb ocağın üstündə yaxşıca əzirik. Hazır püreyə rəndələnmiş holland pendiri əlavə edib, soyumağa qoyuruq.

3 Vaxt tamam olandan sonra, xəmiri 14 kündəyə ayırıb, üzərini dəsmalla örtüb, yarım saat gözlədirik. Çox yumuşaq və gözoxşayan xəmir alınır. Kənarda yağ əridirik. Kündələri 7-7 olmaq şərtilə iki hissəyə ayırırıq. Öncə 7 kündəni bir- bir unlayıb, oxlovla çox nazik şəkildə yayırıq. Hər bir kündəni yaydıqdan sonra, üzərini yağlayırıq. Növbə ilə kündələri yayıb, yağlayıb, üst-üstə qoyuruq. Daha rahat olması üçün yaydığınız lavaşları digərinin üzərinə qoyarkən, kənarlarını dartıb uzada bilərsiniz.  Çudu hazırlamaq üçün 7 qat bəs edir. Digər 7 kündəni isə yenidən eyni qaydada açıb, yağlaya bilərsiniz. Yaxud dondurucuya qoyub, 3 ay saxlamaq şərtilə başqa zaman istifadə etmək olar.

4 Ən son yaydığınız yuxanı digərlərinin üzərinə qoyduqdan sonra yağlamağa gərək yoxdur. Kasanın ağzı ilə xəmirin üzərində dairələr kəsib, içlik doldurub, aypara formasında bükürük. Möhkəm isinmiş yağda hər iki tərəfini qızardırıq. Xəmir nazik olduğundan çudular tez qızaracaq. Eyni qaydada bütün cudularqızardıqdan sonra, üzərinə sumax səpib, süfrəyə vermək olar.

NUŞ OLSUN!


UnXemir5Xemir4Kunde3ÇUDU

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий