Dadlı, doyumlu və azkalorili Badımcan salatı

Порций:   Время приготовления: 1 saat

Bu salat badımcanın dadını sevənlər qədər sevməyənlərin də ürəyincə olacaq. 

Lazımi ərzaqlar:

  • 4 ədəd badımcan
  • 4 ədəd yumurta
  • 1 baş soğan
  • mayonez
  • duz, şəkər tozu
  • qızartmaq üçün yağ
  • 4 x/q alma sirkəsi

Hazırlanma qaydası:

Badımcanları uzun-uzun, soğanları isə yarımhalqa şəkilində doğrayırıq. Badımcan dilimlərini duzlayıb, 15 dəqiqə acı suyunu buraxmağa qoyuruq. Soğan dilimlərinin acılığını götürmək üçün qaynar suda 5 dəqiqə saxlayıb, sonra süzürük. Sirkə ilə şəkər tozunu qarışdırıb, soğan dilimlərinin üzərinə səpirik. Badımcan dilimlərini yuyub, sıxdıqdan sonra, bol yağda qızardıb, soyumağa qoyuruq. Badımcanları zövqə görə doğrayıb, salatı hazırlayacağımız qaba tökürük. Üzərinə marinə etdiyimiz soğan dilimləri və bişirib, xırda-xırda doğradığınız yumurtanı əlavə edirik. Zövqə görə duz və mayonezləyib qarışdırırıq. Salatımız hazırdır.

NUŞ OLSUN!


badimcan_salati

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий