Dadlı göbələkli salat

Порций:   Время приготовления:

Bu salat nəinki ləziz dadı, həm də gözəl görünüşü ilə qonaqlarınızın zövqünü oxşayacaq.

 

 

Tərkibi:

  • 1 ədəd toyuğun sinə əti
  • 2 baş soğan
  • 400 qr göbələk (şampinyon)
  • 2 ədəd yumurta
  • 100 qr holland pendiri
  • yarım stəkan qoz ləpəsi
  • mayonez
  • 10-15 ədəd zeytun

Hazırlanma qaydası:

Toyuğun döş ətini qaynadıb, əlinizlə didin və ya kub şəkilində doğrayın. Soğan və göbələyi də xırda doğrayıb ayrı-ayrı yağda qızardın. Qaynadılmış yumurtalar və holland pendirini də sürtfəcin iri gözündən keçirdin. Üzərinə xırda doğranmış qoz əlavə edin. Mayonezlə qarışdırın. Geniş qabın ortasına üzüaşağı stəkan yerləşdirin. Salatı səliqə ilə stəkanın kənarlarına töküb, dairə forması verin. Kənarlarını da hamarlayıb, stəkanı ehtiyyatla götürün. Salatın üzərini zövqə görə pendir, zeytun və göyərti ilə bu qaydada bəzəyib, süfrəyə verə bilərsiniz.

salat

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий