Dadlı Kələm turşusu qoymağın 3 üsulu

Порций:   Время приготовления:

Əziz xanımlar, yəqin ki, artıq müxtəlif turşular qoymağa başlamısınız. Qışın ən çox yeyilən turşusu kələmdən hazırlanır. 3 növ kələm turşusu resepti təqdim edirik. İstədiyinizi seçin.

kelem

Tez yetişən kələm Tərkibi:
  • təxminən 2 kq ağ təzə kələm
  • 1 kq təzə xiyar
  • 2 ədəd yer kökü
  • 3 ədəd şirin bibər
marinad
  • (bir litr suya 1 qaşıq duz, sirkə, 3 xörək qaşığı şəkər tozu)
 Qış üçün badımcan ilə kələm salatı Tərkibi
  • 1 kq təzə badımcan
  • 1 kq təzə kələm
  • təxminən 300 qr yerkökü
  • təxminən on diş  sarımsaq
  • 10 ədəd dənəli istiot
  • 1 ədəd çox acı bibər
  • 5 qaşıq duz
  • yarım stəkan sirkə
Kələm salatı Tərkibi:
  • 2 kq təzə kələm
  • 1 kq təzə xiyar
  • yarım kq təzə bibər
  • 2,5 kq təzə pomidor
  • 1 kq soğan
  • 4 dolu xörək qaşığı xörək duzu
  • təxminən 5 xörək qaşığı sirkə
  • dolu stəkan ağ şəkər tozu
  • 7ml yağ (istənilən növ ,zövqə görə)
  • 1 dəstə təzə cəfəri

Tez yetişən kələm

Hazırlanma qaydası:

Tərəvəzlər xırda doğranılır, qarışdırılıb bankalara yığılır. Salata qaynar marinad tökülür və bankalar qapaqbağlayan alətlə kip bağlanır. Süfrəyə verildikdə üzərinə bitki yağı tökə bilərsiniz.

Qış üçün badımcan ilə kələm salatı

Hazırlanma qaydası:

Badımcanlar təmizlənir, qaynar suda 7 dəqiqə bişirilir və süzülür. Kələm, kök doğranılır və bir qabda qarışdırılır, sarımsaq doğranılır,xırda doğranmış bibər ilə qarışdırılır. Badımcan kub şəkilində doğranılır, duzlanır,sirkə əlavə olunur. Salat bankalara bölüşdürülür və qapaqla bağlanır.  Bu marinadı soyuducuda saxlamaq lazımdır. Təxminən bir həftədən sonra nuş edə bilərsiniz.

Kələm salatı

Hazırlanma qaydası:

Tərəvəzləri yuyub, incə-incə doğrayın. Bir qabda qarışdırıb, üzərinə doğranmış cəfəri əlavə edin. Salata sirkə, duz əlavə edib,bankalara bölüşdürün. Sonra qapaqbağlayan alətlə kip bağlayın. Yarım litrlik bankaları 15 dəqiqə sterilizə etmək lazımdır, 1 litrlik bankaları isə təxminən yarım saat.

kelem

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий