Dadlı Leço reseptləri

Порций:   Время приготовления:

leçoQış hazırlıqlarını leçosuz təsəvvür etmək mümkün deyil. Odur ki, 3 məşhur Leço reseptini bir məqalədə toplayıb, Sizə təqdim edirik.

Ərzaqlar:

I Qayda
  • 3 kq pomidor
  • 2 kq şirin bibər
  • 2 böyük yerkökü
  • 2 baş sarımsaq
  • 10 ədəd mixək
  • 3 x/q şəkər tozu
  • 2 x/q duz

 II Qayda

  • 3 kq pomidor
  • 2 kq kabak
  • 150 qr sirkə
  • 1 stəkan bitki yağı
  • 2 x/q şəkər tozu
  • 2 x/q duz
  • 2 ədəd yerkökü
  • 3 ədəd qırmızı şirin bibər
III Qayda
  • 3 kq pomidor

  • 1,5 kq şirin qırmızı və yaşıl bibər

  • 1,5 kq badımcan

  • 0,5 stəkan bitki yağı

  • 2 x/q duz

  • 0,5 stəkan şəkər tozu

Hazırlanması:

I Qayda

Pomidorların qabıqlarını soyub ətçəkən maşından keçirin. Şirin və açıibərləri uzun və incə şəkildə doğrayın. Yerkökünü də sürtgəcin iri gözündən keçirin. Duz və şəkər tozu səpib, təmizlənmiş sarımsaq dişlərini də kütləyə əlavə edin. Mixəyi də töküb, ocağın üzərində qaynayanadək bişirin. Qaynadıqdan sonra 10 dəqiqə də bişirib, sterlizə olunmuş şüşə bankalara yığın. Bankaların üzərinə bağlamamaq şərti ilə qapaq qoyub, içində su qaynayan qablarda 10 dəqiqə də bişirin. Su bankaların üzərinə qalxmamalı və leçoya toxunmamalıdır. Sonra leço bankalarının qapağını qapaqbağlayan alətlə kip bağlayın. Leço hazırdır.

II Qayda

Ərzaqların hamısını uzun və incə şəkildə doğrayıb, leçonu hazırlayacağınız qaba tökün. Yağ da əlavə edib, duz və şəkər tozu səpin. Təxmini 20-30 dəqiqə bişirin. Bişdikdən sonra sirkəni əlavə edin. Qarışdırıb, sterlizə edilmiş bankalara tökün. Birdəfəlik qapaqları qoyub, qapaqbağlayan alətlə kip bağlayın. Sonra bankaları isti odeala büküb, soyuyanadək otaq temperaturunda saxlayın.

III Qayda

Pomidorları ətçəkən maşından keçirib, ocağın üzərində qaynayanadək bişirin. Sonra 30 dəqiqə aşağı odda yenidən bişirin. Duz, şəkər tozu, yağ da töküb, yenidən yarım saat bişirin. Uzun və incə doğranmış bibərləri də kütləyə əlavə edin. Qabıqlı dairəvi formada doğranmış badımcan dilimlərini də töküb, 30 dəqiqə yenidən bişirin. Sterlizə edilmiş bankalara töküb, bir dəfəlik qapaqlarla qapaqbağlayan alətin köməyi ilə bağlayın.

NUŞ OLSUN!

 dREe

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий