Dadlı Limonlu keks

Порций:   Время приготовления:

Yəqin razılaşarsınız ki, limonla hazırlanan bütün şirniyyatlar çox ləzzətli olur. Bu reseptimiz də istisna deyil. Tərkibindəki limon suyu keksinizi daha yumşaq, limon qabığı isə daha ətirli edəcək. 

kekslimon

Tərkibi:

  • 2 stəkan un
  • 3 ədəd yumurta
  • 200 qr kərə yağı
  • 150 qr şəkər kirşanı
  • 2 ç/q vanil
  • 1 x/q limon suyu
  • 1 ədəd limonun  rəndələnmiş qabığı
  • 2 ç/q qabartma tozu
  • 1 çimdik duz

Hazırlanması:

Otaq temperaturunda olan yağı mikserlə çalın. Üzərinə növbə ilə yumurtaları,duzu, vanili, şəkər kirşanını, limon duzu və limon qabığını töküb, mikserlə qarışdırmağa davam edin. Ün və qabartma tozunu qarışdırıb, ələkdən keçirdin. Kütlənin üzərinə yavaş-yavaş əlavə edərək, qarışdırın. Hazır xəmiri iç\risi yağlanmış keks qəlibinə tökün. Öncədən 180 dərəcə isidilmiş sobada təxmini 45 dəqiqə bişirin. Keksi süfrəyə verərkən üzərini qlazur və ya digər kremlə bəzəyə və ya sadə şəkildə təqdim edə bilərsiniz.

lim

NUŞ OLSUN!

Метки записи:
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий