Dadlı Ruletin 3 hazırlanma qaydası

Порций:   Время приготовления:

13608230_912318882247674_1309095723_nDadlı və asan hazırlanan 3 rulet resepti ilə tanış olun. Xatırladaq ki, bu ruletlərin içərisinə çəkmək üçün,  təqdim etdiyimiz içlikləri deyil, zövqünüzə görə müxtəlif kremlər və cemlər də istifadə edə bilərsiniz.

Lazım olan ərzaqlar:

  Biskvit ruleti   Keksi üçün:
  • 4 yumurta
  • 100 qr şəkər tozu
  • 1 çay qaşığı qabartma tozu
  • 150 qr un
Kremi üçün:
  • 3 xörək qaşığı yağlı xama
  • 100 qr kəsmik
  • 100 qr şəkər tozu
  • 2 xörək qaşığı quşüzümü giləmeyvəsi(və ya başqa giləmeyvə)
Qatılaşdırlımış süd ilə hazırlanan rulet   Xəmir üçün
  • 1 qab qatılaşdırılmış süd
  • 2 ədəd yumurta
  • 1 çimdik duz
  • yarım ç/q soda
  • limon suyu(sodanı söndürmək üçün)
  • 1 stəkan un
İçlik üçün
  • 300 qram kişmişli və ya ərikli kəsmiK
  Moruqlu rulet
  • 4 ədəd yumurta
  • 350 qr şəkər tozu
  • 130 qr un
  • 2 x/q süd
  • 2 x/q kakao
  • 250 qr kərə yağı
  • 300 qr moruq
 

Hazırlanması:

 

Biskvit ruleti

Bir qabda şəkər tozunu yumurtayla çırpın,üzərinə qabartma tozu və un töküb qarışdırın.Soba sinisinə yağlı kağız sərib maye yağla yağlayın. Xəmiri 3-5 mm qalınlıqda töküb 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Mətbəx dəsmalını isladıb stolun üstünə sərin.Bişən keksi dəsmalın üzərinə çevirib yağlı kağızı çıxarın.Nəm dəsmalla birgə keksi rulet formasında bükün.Kənarda gözlədin. Krem üçün xama, kəsmik, şəkər tozu və giləmeyvəni blenderlə qarışdırın.Dəsmalın arasına bükülmüş keksi səliqəli açıb arasına krem yaxın.Dəsmalsız ruleti bükün üzərinə qalan kremdən yaxın.Rəndənin xırda gözündən keçirilmiş şokolad səpərək bəzəyin.Ruleti bir az gözlətdikdən sonra süfrəyə verə bilərsiniz.

Qatılaşdırlımış süd ilə hazırlanan rulet

Bir qaba qatılaşdırılmış südü və yumurtaları töküb, qarışdırın. Yarım limonun suyunu sodanın üstünə sıxıb, söndürün. Sonra qarışımın üzərinə töküb, yenidən qarışdırın. Kütləyə 1 çimdik duz səpin. Üzərinə daim qarışdıraraq un əlavə edin. Hazır xəmiri içinə bitki yağı sürtülmüş düzbucaqlı soba sinisinə tökün. Xəmiri 5 mm qalınlığında sininin hər tərəfinə eyni ölçüdə yayın. Ruleti 150 dərəcə isidilmiş sobada 20-25 dəqiqə bişirin. Bişmiş rulet korjunu sobadan çıxardıb, üzərinə içliyi çəkib. rulet formasında bükün. Rulet hazırdır.

Moruqlu, qlazurlu rulet

Yumurtaları şəkər tozu(270 qr) ilə birgə mikser vasitəsilə qarışdırın. Qarışımı az  su hamamında ölçüsü artanadək daim qarışdırın. Sonra kütləni su hamamından götürüb, yenə mikserlə çalıb, sonra tam soyumaəını gözləyin. Soyuduqdan sonra üzərinə az-az un əlavə edib, qarışdırın. Alınmış xəmiri perqament kağız sərilmiş dördbucaqlı şəkilli soba sinisinə tökün. Xəmirı sininin hər tərəfinə eyni ölçüdə yayın. Rulet korjunu 160 dərəcədə öncədən isidilmiş sobada təxmini 15 dəqiqə bişirin. Korj bişən müddətdə krem hazırlayın. Yumşaldılmış kərə yağını yerdə qalan 80 qr şəkər tozu ilə qarışdırın. Sonra üzərinə moroğu əlavə edib, qarışdırmağa davam edin. Artıq bişmiş korju permanent kağızı ilə birgə rulet formasında büküb, biraz soyumağını gözləyin. Sonra korju ehtiyatla açıb içərisinə moruqlu kremi çəkib, yenidən bükün. Yerdə qalan kərə yağını südlə birgə əridib, içinə 3 x/q şəkər tozu və kakao əlavə edib, qaynadın. Hazır qlazuru ruletin üstünə töküb, 5 saat gözlətdikdən sonra süfrəyə verə bilərsinizş

NUŞ OLSUN!

1397968611_rulet_malinka13608230_912318882247674_1309095723_n
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий