Dadlı və asan göbələkli lavaş piroqu

Порций:   Время приготовления:

Gözlənilmədən qonağınız gəlib? Tez, asan və dadlı nə hazırlaya bilərəm deyirsiniz? Göbələkli lavaş piroqu 

LAVAASHPIROQU

Tərkibi:

  • 3 ədəd böyük ölçülü nazik lavaş
  • 2 ədəd yumurta
  • 150 qr holland pendiri
  • 100 qr şampinyon (göbələk)
  • 1 ovuc doğranmış cəfəri
  • 250 ml qatıq
  • zövqə görə ədviyyatlar

Hazırlanması:

Yumurtaları, qatıqla qarışdırıb, zövqə görə ədviyyatlar səpin. Lavaşı piroq hazırlayacağınız soba sinisinin ölçüsündə kəsin. Şampinyonu xırda doğrayıb, pendiri sürtgəcdən keçirdin. Kəsdiyiniz lavaşın birini yumurtalı kütləyə batırıb, dibi yağlanmış sininin içinə qoyun.  Üzərinə şampinyon, pendir və göyərtini eyni qaydada səpin. Üzərinə yenə qatıqlı sousa batırılmış lavaş qoyub, yenə eyni qaydada ərzaqları səpin. Bu prosesi ərzaqlar tam bitənədək təkrarlayın. Sonda lavaşı qoyub, yerdə qalan yumurta, qatıqlı qarışımı piroqun üstünə səpin. Üzəri qızaranadək 180 dərəcədə bişirin.

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий