Damla şokoladlı maffinlər

Порций:   Время приготовления: 40 dəqiqə

12968659_862583723887857_294110297_nƏn sadə maffin resepti ilə tanış olun.

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • 1 stəkan duru yağ
  • 1,5-2 stəkan un
  • 2 xorək qaşığı kakao
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • damla şokolad (istədiyiniz miqdarda)

Hazırlanma qaydası:

 Bir qabda yumurtaları və şəkər tozunu yaxşı köpürənədək çırpın. Üzərinə duru yağı, südü, vanili əlavə edib çırpın. Sonra unu və qabartma tozunu da əlavə edib 1-2 dəqiqə qarışdırın. Xəmiri iki hissəyə bölün. Bir hissəsinə kakao əlavə edin. Hazırladığınız xəmiri maffin qəliblərinə paylaşdırın. Üzərinə istədiyiniz qədər damla şokolad səpib əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Soyuyan maffinləri qəliblərdən çıxarıb, süfrəyə verin. 

NUŞ OLSUN!


maffin12969164_862584063887823_1933183049_n12968782_862584793887750_1609766946_n12968659_862583723887857_294110297_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий