Dana ciyəri paşteti

Порций:   Время приготовления:

Avropa kulinariyasının ləziz qəlyanaltıarından biri də paştetdir. Ilk dəfə paştet Fransa və Belçikada hazırlanıb və qısa zaman kəsiyində digər ölkələrin mətbəxinə daxil olmağı bacarıb. Paştetin müxtəlif növləri hazırlanır. Bu siyahıya donuz ciyəri paşteti, balıq paşteti, toyuq ciyəri paşteti və s. daxildir. Zənnimcə Azərbaycana paştet rus metbexindən keçib. Etiraf edek ki, bu qəlyanaltı qonaqlıqların, şənlik süfrələrinin sevilən soyuq yeməkləri sirasındadır. Bu gün dana ciyərinin paştetini hazırlayacağıq.

 

Tərkibi:

  • 800qr dananın qara ciyəri
  • 4 ədəd kök                       
  • 3 ədəd soğan
  • 20qr qoz ( olmasa da olar)
  • 100qr yumuşaldılmış kərə yağı
  • Duz, tozbibər

Hazırlama prosesi:

Əvvəl ciyəri yaxşıca yuyub, doğrayıb bir buğum qaynadırıq. Suyunu tokub yenidən su əlavə edib, bişiririk. Soğanlari soyub, doğrayıb, qızardırıq və bir kənara qoyuruq. Yerköklərini qaynadıb qabığını soyuruq. Sonra bişmiş ciyəri qizardılmış soğanı, kökləri, qozu bir neçə dəfə ət maşınından (blender də olar) keçirib, duz və toz bibər əlavə edirik.

Alınmış qarışımı soyuducuda 1 saat saxlayiriq daha sonra folqanın üzərində nazikləşənədək yayırıq. Üzərinə yumuşaldılmış kərə yağı sürtürük. Çox kalorili olmasını istemirsinizsə yağ qatını lap nazik edin. Rulet formasında büküb, yenidən soyuducuya qoyun. Dana ciyərinin paşteti soyuq formada süfrəyə verilir.

Nuş olsun!

Əziz sayt üzvlərimiz, əgər sizin də maraqlı qəlyanaltı və salat reseptləriniz varsa lütfən bizimlə paylaşın.


20151128_150104

ciyer pashteti

pashtet

ciyer pashteti

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий