Dəli keks (crazy cake)

Порций:   Время приготовления:

Bu keks ilk dəfə 30-cu illərdə Amerikada hazırlanıb. O dövrdə ərzaq qıtlığı olmasına baxmayaraq bacarıqlı xanımlar bir-birindən dadlı  yeni şirniyyatlar hazırlayırdılar. Məsələn yumurta və kərə yağı istifadə etmədən çox ləziz "crazy cake" bişirirdilər.

CAKE

Ərzaqlar:

  • 3 stəkan un
  • 2,5 stəkan şəkər tozu
  • 1,5 stəkan soyuq su
  • 2 ç/q soda
  • 2 ç/q üzüm sirkəsi
  • yarım ç/q duz
  • 1 stəkan bitki yağı
  • 1,5 stəkan kakao
  • 1 paket vanil
  • 2 x/q nişasta
  • 1,5 stəkan süd

Geniş bir qaba un, 2 stəkan şəkər tozu, yarım stəkan kakao,  vanil və soda töküb, taxta qaşıqla qarışdırırıq. Üzərinə sirkə, su və bitki yağı əlavə edirik. Tel çırpıcı ilə yaxşıca qarışdırırıq. Züvqə görə seçilmiş keks formasını yağlayıb, xəmiri tökürük. Öncədən 170 dərəcə isidilmiş sobada 25 dədiqə bişiririk. Keks bişən müddətdə qlazur hazırlayırıq. Süd, yarım stəkan şəkər tozu və  yarım stəkan kakaonu qarışdırırıq.  3 x/q suya nişastanı töküb, həll edirik. Onu da kütləyə qatıb, ocağın üzərinə qoyuruq. Daim qarışdıraraq bişiririk. Üzərində ilk köpüklər yarananda ocaqdan götürüb, soyuduruq. Bişmiş piroqu da soyudub, qlazuru üzərinə tökürük. Keks hazırdır.

CAKE1

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий