Diabetik qurabiyə

Порций: 30 ədəd   Время приготовления: 1,5 saat

FB_IMG_1463520261465Diabetlilər(şəkər xəstələri) üçün nəzərdə tutulmuş bu şirniyyatın dadını hər kəs çox bəyənəcək. 

Tərkibi:

  • 1 ədəd yumurta
  • 1 stəkan şəkərəvəzləyicisi (diabetli olmayanlar 1 stəkanı şəkər kirşanı istifadə edə bilər)
  • 1 stəkan maye yağ
  • 3 xörək qaşığı kərə yağı(otaq istiliyində yumşaldılmış)
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • apardığı qədər un (diabetik un)

Üzəri üçün:

  • Şəkər kirşanı və kakao qarışığı (diabetik xəstələr şəkər əvəzləyicisi və kakao qarışımından istifadə edə bilərlər)

Hazırlanma qaydası:

Xəmir üçün lazım olan bütün ərzaqları geniş bir qabda yoğurun. Hazır xəmirdən qoz böyüklüyündə parçalar kəsib, əlinizlə yumrulayın. Öncədən isidilmiş 180 dərəcəlik sobada yüngül qızarana qədər bişirin. Sobadan çıxmış qurabiyələri şəkər kirşanı (şəkər əvəzləyicisi də olar) və kakao qarışımına bulayıb, soyudun.

Diabetik şirniyyatlarımız hazırdır.

Nuş olsun!


FB_IMG_1463520261465
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий