Dietik qabaq pizzası

Порций:   Время приготовления:

Dietik, faydalı, dadı adi pizzadan seçilməyən Qabaq pizzası

kabak

Tərkibi:

  • 1 kq qabaq
  • 50 qr  pendir
  • 50 qr un
  • 3 ədəd pomidor
  • 2 yumurta
  • 1 ədəd toyuq döş əti
  • 1 ədəd yerkökü
  • ¼ stəkan süd
  • 1 baş soğan
  • 2 diş sarımsaq
  • Göyərti zövqə görə

Hazırlanması:

Öncə  qabaqları halqa formasında doğrayın .Bir qabda yumurtanı çırpın, qabağı çırpılmış yumurtaya batırıb,daha sonra una bulayıb iki tərəfli qızardın.Bişən qabaqları yağını çəkməsi üçün kağız dəsmal üzərinə qoyun. Yerkökünü rəndənin iri gözündə rəndələyin,sarımsaqı xırda doğrayın, pomidorları halqavari ,soğanı da yarım halqa formasında kəsin. Tavanı və ya bişirəcəyiniz sinini yağlayın, 2 qat qabaq dilimlərini düzün.Üzərinə bişmiş və nazik doğranan toyuğun döş ətini düzün. Ətli qatın üzərindən soğan və yerkökü, daha sonra pomidor və sonra sarımsaq qatı ilə tamamlayın. Dietik pizzanın üzərinə pendir səpib südlə birgə çalınmış yumurta əlavə edib, göyərti səpin. Hazırladığınız pizzanı sobaya yerləşdirin və pendir əriyib qızılı rəng alanadək bişirin. Nuş olsun!

kabak

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий