Dietoloq Leyla Zülfüqarovadan “Düzgün qida rasionunun tənzimlənməsi” haqda məsləhətlər

Порций:   Время приготовления:

leylaSaytımızın qonağı peşəkar dietoloq, "Sağlam bəslən, arıqla" kitabı ilə, ölkəmizdə bu sahədə ilkə imza atmış, Leyla Zülfüqarovadır. Leyla xanımla birgə, ac qalmadan, artıq çəkidən azad olmağın yollarını öyrənəcəyik.

 Uzman dietoloq qeyd edir ki, hər kəs individualdır. Yer kürəsində iki eyni bədən quruluşuna, çəkiyə malik insan tapmaq mümkün deyil. Hətta əkizlər belə, müəyyən mənada bu baxımdan bir-birindən fərqlənir. Təbii ki, insanın arıqlaması və ya kökəlməsi də bədən tipinə uyğun baş verir. Arıqlamaq və ya kökəlmək üçün pəhrizin bədən tipinə uyğun tərtib edildiyini deyən həkim, bədən tiplərini 3 yerə bölür:

1. Ektomorfi

Bu bədən tipində olanlara arıq insanlar deyilir. Uzun və yağsız əzələ liflərinə sahibdirlər. Çiyinləri dar olmağa meyllidir. Anadangəlmə bu cür bədən tipinə malikdirlər və hər zaman arıq vücudları ilə fərqlənirlər. Kiçik və incə əzələ sistemləri var. “Ektomorfi bədən tipinə malik olan insanlar sürətli metabolizmə sahib olduqları üçün kökəlməkdə çətinlik çəkirlər. Bu tip insanlar yüksək kalorili pəhriz və böyük əzələ qruplarını hədəfləyən idman növü seçməlidirlər”.

 L. Zülfüqarlı tanınmışlar arasında bu cür bədən tipinə xəbər aparıcısı Ceyhun Əlinin malik olduğunu nümunə göstərdi: “Məhz Ceyhun Əlinin bədən tipinə özəl hesablanmış, fiziologiyasında bəzi orqanlarının müalicəsi üçün tərtib etdiyim müalicəvi pəhriz nəticəsində onun 6 kilo kökəlməsinə nail olduq. Nəticədə onun bədən tipini də daha mükəmməl bir tipə çevirdik. 

IMG-20160419-WA0000

2. Mezomorfi

Qalın və güclü skelet sistemi, təbii atletik quruluşu ilə hər kəsin arzuladığı ən ideal bədən tipidir. Nisbətən sürətli metabolizmə və yağsız əzələ kütləsinə malikdirlər. Onlar üçün atletik və sərt bir vücud, sürətli əzələ kütləsi toplama, ektomorflara görə daha sürətli yağlanma xarakterikdir: “Ağır idman hərəkətlərinə daha yaxşı cavab verən mezomorflar əzələlərini daha tez inkişaf etdirə bilərlər. Eyni zamanda ektomorflara görə yağlanma bacarığı yüksək olan bu vücud tipində alınan kalori qısa zamanda da yandırıla bilir”.

1932374_270495913115421_1206380623_n

3. Endomorfi

Yumşaq bədənə sahib olan endomorflar sürətlə yağlana bilirlər. Bu bədən tipinə malik olan insanlar anadangəlmə yağlanmaya meyllidirlər. Onlar insanlar arasında “toppuş” olaraq tanınırlar. Dietoloq endomorfların yavaş metabolizmli və çətin arıqlayan olduqlarını deyir: “Əzələ kütlələri yağ səbəbindən sərt olmur. Sürətli şəkildə kilo alma qabiliyyətinə malik olan endomorf bu kütləni sadəcə əzələ olaraq almır. Yağlanmaması üçün hər zaman pəhriz saxlamalı, qidalanmalarına diqqət etməli, daim aktiv fiziki hərəkətdə olmalıdırlar. Bu cur bədən tipinin bariz nümunəsi kimi aparıcı, müğənni-bəstəkar Murad Arifi misal çəkmək olar. Murad müalicəvi pəhriz nəticəsində 3 aya 25 kilo çəki itirdi. Düzgün qidalanma ilə onun bədən tipini mezomorfi (atletik) tipə çevirməyə nail olduq”.

IMG-20160418-WA0021

Beləliklə,  hədəfinizə çatmaq üçün,bədən tipinizi müəyyən edib, ona uyğun fərdi pəhriz seçməlisiniz. Məhz bu yolla, ideal bədən quruluşuna malik olmaq mümkündür.

IMG-20160418-WA0011

 Leyla xanımın fikrincə, arıqlamaq üçün, günlərlə ac qalıb, xəstəlik tapmağa gərək yoxdur! Sadəcə düzgün və sağlam qida sizi istədiyiniz formaya sala bilər. Düzgün qidalanma deyərkən, gün ərzində 3 əsas, 3 dəfə də yeməkarası yüngül bəslənmə nəzərdə tutulur:

*Yalnız zeytun yağı ilə hazırlanan çiy tərəvəz və meyvə salatları;
* Həftədə yalnız 2-3 dəfə ət yeməkləri

* Buxarda, sobada yağsız bişirilmiş xörəklər; Qızartmalara stop!
* Orqanik olmayan qidalardan uzaq durmalı;
*İçkilərə də xüsusi fikir vermək lazımdır: detoks – bitki çayları, yaşıl çay (xüsusilə də günün 2-ci yarısı bu çayların miqdarını artırmalı), qara çayı maksimum azaltmalı;
*Gündəlik rasiona süd və süd məhsullarını daxil etməli;

*Ağ çörək (və un məmulatları), ağ şəkər, kartof, ketçup- mayonez, kolbasa-sosiska və qazlı içkilərdən tamam imtina etməli.healthyeating_3

Uzman dietoloq çayı, yalnız quru meyvələr və çərəzlərlə içməyi məsləhət görür. Amma bu da çox olmaz, gün ərzində 3 ədəd qoz və 2 ədəd quru meyvə qədərində. Bu cür sağlam həyat tərzinə idmanı da əlavə etmək mütləqdir. Ən məsləhətli və sadə idman növü isə həftədə 3 dəfə 1 saat müddətində yürüş etməkdir.

family_sport

Məşhur dietoloq həmçinin kərə yağından tam imtina etməməyi də tövsiyyə edir. Belə ki, insan orqanizmi üçün gün ərzində 50qr yağ zəruridir ki, onun da 30 qramı digər bitki yağlarından və qida növlərindən alına bilər. Lakin mütləq şəkildə həftədə bir neçə dəfə səhər yeməyində 20 qr orqanik kərə yağı yemək lazımdır. Bu həm dərinin, həm də dırnaq və saçların gözəlliyinə və sağlamlığına xidmət edir.

                                                                       

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий