Dietoloq Pyer Dükandan düzgün arıqlamağın qaydaları

Порций:   Время приготовления:

"Mən arıqlaya bilmirəm" kitabının müəllifi, tərtib etdiyi pəhriz ilə dünya dietoloqlarını bir neçə addım geridə qoyan Pyer Dükan bizim ölkəmizdə də az sevilmir. Dünya şöhrətli dietoloqun ac qalmadan arıqlamaq istəyənlər üçün faydalı məsləhətlərindən Siz də yararlanın.

dukan

  • Tezbazar aclıq hissinizi yatışdırmaq istəyirsinizsə, zülallarla bol məhsullar seçin. Bu ərzaqlar həm enerji mənbəyi sayılır həm də orqanizmi uzun müddət tox saxlayır. Yağlılıq faizi aşağı olan qatıq, öz suyunda bişirilmiş tuna balığı, yulaf kəpəyindən hazırlanmış qurabiyələr buna misal ola bilər.

belok

  • Hətta arzuladığınız ideal çəkiyə sahib olsanız belə, az şəkər qəbul edin. Piylənməni tezləşdirən xassəsindən əlavə şəkər həm də xərçəng hüceyrələrinin inkişafında əvəzsiz element sayılır. Həmçinin dietoloq hamiləliyin son 6 ayında şəkərdən istifadənin minimuma endirilməsini tövsiyyə edir. Çünki körpənin mədəaltı vəzi məhz bu dövrdə formalaşır.

no-sugar1

  • Pyer Dükan hamilə qadınlara və 18 yaşa çatmamış şəxslərə tərtib ediyi pəhrizi qəti qadağan edir.
  • Zülallı məhsullarla qidalandıqdan sonra suda üzməkdən imtina edin. Zülal həzm olunan müddətdə bədənin temperaturu artır. Soyuq suya daxil olanda isə temperatur fərqindən insan huşunu itirə bilər.  Dükan bu səhv ucbatında iki dostunun həyatını itirdiyini qeyd edir.
  • Gün ərzində 6 qramdan çox duz qəbul etməyin. Bu sizə həm də ərzaqların təbii dadından zövq almağa imkan yaradacaq.
  • Səhər yeməyinizə xüsusi diqqət ayırın. Yulaf kəpəyi və ağartı məhsulları ilə zəngin səhər yeməyi gün ərzində gümrah və xoş əhval deməkdir.

zavtrak

  • Çəkinizin stabil qalmağını istəyirsinizsə, gün ərzində fiziki hərəkəti artırın. təmiz havada 1 saatdan artıq gəzinti buna misal ola bilər.

dukan2

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий