Divar kağızlarından hər cür ləkələri çıxartmağın yolları

Порций:   Время приготовления:

Divar kağızı otaqların ən önəmli aksesuarı sayılır. O nə qədər zövqlü və gözəl olarsa, ev də bir o qədər rahat və səliqəli görünər. Lakin bu təmizliyi və səliqəni qorumaq hər zaman mümkün olmur. Odur ki, divar kağızlarınızı hər cür ləkələrdən təmizləyib, qorumağın sirlərini sizinlə bölüşürük.

oboi

Sirr deyil ki, hər bir ailədə kiçik rəssamlar böyüyür, və onlar istedadlarını ən çox divar kağızlarının üzərində sübut etməyə çalışırlar. Bu isə ailə büdcəsinə böyük ziyan deməkdir. Rəngli flamasterlə yazılmış divar kağızlarını üz qırxmaq üçün olan köpüklə təmizləyə bilərsiniz.  Öncə köpüyü  yazıların üzərinə sürtün, 1 neçə dəqiqə saxlayıb, yuyun. Bundan əlavə qələm, famaster və digər çətin ləkələri kartof nişastası və sudan hazırlanmış şiləyə (kaşa) limon duzu əlavə edərək hazırlanmış məhlulla silə bilərsiniz. Məhlulu öncə pambığa batırıb, ləkələrin üzərinə çəkin. Bu prosesi ləkə tam təmizlənənədək təkrarlayın.

Divar kağızlarındakı eyni problemləri çözmək üçün paltarlarda istifadə edilən sprey formalı ləkəçıxardanlardan istifadə edə bilərsiniz.  Məhlulu ləkənin üzərinə sıxıb, 10 dəqiqə gözlədikdən sonra pambıq disklə silin.

Həmçinin bu ləkələri adı naşatır spirti ilə təmizləmək olar. Spirti qulaq çöpünün pambığına batırıb, ehtiyatla ləkələrin üzərinə sürtün. Bu da sınanmış üsul sayılır.

oboi1

Divar kağızlarından yağ ləkələrini ütü və ağ kağızın köməyilə təmizləyə bilərsiniz, bir şərtlə ki ləkə təzə olsun.  Çünki zaman keçdikdən sonra bu üsul işə yaramayacaq. Öncə ağ kağızı ləkənin üzərinə qoyun. İsti ütünü kağıza yapışdırın. Bu prosesi bir neçə dəfə təktaralayın. Yağ ləkəsi ağ kağızın üzərinə yapışacq. Beləcə divar kağızınız təmizlənəcək.

Divar kağızlarından barmaq izlərini təmizləməyin yolunu da tapmışıq. Adi pozan bu işin öhtəsindən asanlıqla gələcək.

Bu kimi probləmlərdən birdəfəlik canınızı qurtarmaq istəyirsinizsə silinən divar kağızı alın. Beləcə ən şətin ləkələr belə adi nəm salfetin köməyilə asanca gedəcək.

oboi2

 

 

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий