Dondurmalı Şokoladlı sufle

Порций:   Время приготовления:
sufleFransız mətbəxinin əvəzolunmaz ləzzətlərindən biri olan sufle süfrələri zənginləşdirən şirniyyatlar arasında yer alır. Hazırlanması son dərəcə asan, görünüşü və dadına doyum olmayan bu şirniyyatı yalnız yay aylarında deyil hər mövsüm hazırlaya bilərsiniz.
 

Tərkibi:

  • 150 qram bitter (tünd şokolad)
  • 100 qram kərə yağı (5 xörək qaşığı)
  • 2 ədəd yumurta
  • 2 ədəd yumurta sarısı
  • 1 qəhvə fincanı şəkər tozu (60 qram)
  • 2 xörək qaşığı un (40 qram)
  • 4 top qaymaqlı dondurma

Hazırlanması:

Kiçik bir qabın içinə 150 qram bitter şokoladı və 5 xörək qaşığı kərə yağını əlavə edib, şokolad əriyib qarışanadək zəif odda bişirin. Yumurta, yumurta sarıları və 1 qəhvə fincanı şəkər tozunu dərin bir qaba töküb qarışıq ağaranadək mikserlə çalın. Hazır kütlənin üzərinə un əlavə edib, qarışdırın. Daha sonra hazırlanan qarışığı əritdiyiniz şokolada əlavə edin.Sufle üçün uyğun olan dörd ədəd soba qabını yağlayın.Hazırladığınız qarışığı bu qablara bərabər şəkildə paylaşdırın. 180 dərəcə qızdırılmış sobaya sufle qablarını yerləşdirərək 12-15 dəqiqə ərzində bişirin. Qarışıq qabardıqdan dərhal sonra qabları sobadan çıxardın.Sobadan çıxardığınız sufle qablarının üzərinə qaymaqlı dondurma toplarını yerləşdirib süfrəyə verin.

Nuş olsun!


sufle

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий