Doşablı şəkərsiz keks

Порций:   Время приготовления:

FB_IMG_1460107985870Doşab çox faydalı antioksidantdır, qan azlığı və dəmir çatışmazlığı xəstəliyinə müsbət təsir edir. Odur ki, təqdim etdiyimiz reseptlə keks hazırlayıb, doğmalarınızın immunitetini gücləndirin.

Tərkibi:

  • 1,5 stəkan doşab(bəkməz)
  • 3 ədəd yumurta
  • 1 stəkan bitki yağı
  • 2,5 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil

Hazırlanma qaydası:

Yumurtaları mikserlə çalın. Yumurtalar qabarmağa başlayanda içinə doşab əlavə edin və köpüklənənədək çırpmağa davam edin. Duru yağı əlavə edib qısa bir müddət daha çırpın. Birlikdə ələdiyiniz un, vanil və qabartma tozunu da əlavə edib orta sürətdə qarışdırın. Hazırladığınız qarışımı yağlanmış və unlanmış keks qəlibinə tökün. Öncədən isidilmiş sobada180 dərəcədə 35 dəqiqə bişirin. 20 dəqiqə ərzində sobanın qapağını açmayın. Sonras ara-sıra diş çöpünü keksin içinə batırın. Nəmli çıxarsa bişirməyə davam edin. Tamam soyuyan keksi qəlibdən çıxardın. Dilimləyərək, süfrəyə verin.

Nuş olsun!


FB_IMG_1460107985870

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий