Dünyada ilk “Beynəlxalq Dolma festivalı”

Порций:   Время приготовления:

13578765_10209907152092274_925934546_n1 iyul 2016-ci il Azərbaycan kulinariyası tarixinə qırmızı hərflərlə yazıldı. Belə ki, məhz bu tarixdə vətənimiz dünyada ilk "Dolma festivalı"na ev sahibliyi etdi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn bu  milli mətbəx bayramı, ölkəmizdə səfərdə olan xarici qonaqların da dərin marağına səbəb oldu.  300-dən çox dolma çeşidi nümayiş olunan sərgidə, 24 rayon və xarici ölkə aşpazları  iştirak etdilər. Festival çərçivəsində "Ən yaxşı xarici təqdimat", "Ən maraqlı tarixi qeyri-adi dolma" ,"Ən yaxşı rayon süfrəsi" ,"Ən yaxşı dolma" , "Ən çox medal toplayan rayon"  kateqoriyalarında mükafatlandırma da baş tutdu. Sərgidə göbələk, kartof, alma, heyva, soğan dolmalarına, moruq, gicitkən, ispanaq, heyva, dəvədabanı yarpaqlarına bükülmüş dolmalara hətta ilanbalığı dolmasına da rast gəlmək olardı. Festivalın ən maraqlı dolma növü isə dolma kababı oldu.  

DOLMA FESTİVALI 113595581_10209907155732365_1456656056_nDOLMA13595758_10209907158892444_1906014275_n13595954_10209907150412232_1283031829_n13578467_10209907160092474_2014312541_n

Şübhəsiz ki, zəngin və qədim mədəni irsimizə şahidlik edən dolma çeşidlərinin araşdırılıb, üzə çıxarılması, dünyada Azərbaycan dolması kimi tanınmasında ölkənin baş kulinarı Tahir Əmiraslanov və onun komandasının böyük əməyi var. T. Əmiraslanov festival zamanı onu da qeyd etdi ki, bu qəbildən olan festivallar ölkəmizdə mütəmadi şəkildə keçiriləcək. Yaxın günlərdə bizi Şəkidə keçiriləcək "Beynəlxalq Şirniyyat festivalı, daha sonra isə Lənkəranda baş tutan,  200-dən artıq aş növü nümayiş etdiriləcək "Plov festivalı gözləyir. Bu festivalların keçirilməsi milli kulinariyamızın təbliği ilə yanaşı, turizm sahəsinin də inkişafına təkan verəcək.

13579046_10209907158772441_483373255_n13578540_10209907161132500_763910119_n13566058_10209907156372381_354253976_n13565340_10209907158452433_814025264_n13578459_10209907159412457_451027115_n13595457_10209907159652463_722324883_n13553333_10209907161812517_1490412079_n13553217_10209907151332255_1684944031_n13598835_10209907157612412_17007716_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий