Dünyanı şoka salan ən asan Yapon tortu

Порций: 8 dilim   Время приготовления: 25 dəqiqə

yapon_tortu4Sədası bütün dünyaya yayılan 3 ərzaqdan ibarət Yapon tortunun resepti Sizin üçün:

Ərzaqlar:

  • 3 ədəd yumurta
  • 120 qr ağ şokolad
  • 120 qr maskarpone pendiri (iran qaymağı və ya labne pendiri de olar)

Hazırlanma qaydası:

Şokoladı kiçik hissələrə bölüb, istiyədavamlı qaba tökün. Su hamamında əridin. Yumurtaların ağını sarısından ayırın. Ağını tam bərkiyənədək mikserlə çalın. Ərimiş şokoladı maskarpone pendiri ilə yaxşıca çalın.   Qarışıma yumurta sarılanı da əlavə edib, qarışdırmağa davam edin. Mikserlə çalınmış yumurta ağlarını da, hissə-hissə kütləyə tökün. Aşağıdan yuxarı doğru ehtiyatla qarışdırın.

yapon_tortu3

Kənarı açılabilən soba qabının dibinə və kənarlarına yağlı kağız yerləşdirin. Xəmiri qabın içinə tökün. Ümumiyyətlə istənilən növ çizkeykin üzəri çatlamasın deyə bişirərkən, xəmir olan qab, digər geniş soba sinisinin içinə qoyulur. Sininin içərisinə isə təxmini 1/4 l su tökülür ki, xəmir bişən zaman su buxarlanıb, onu çatlamaqdan qorusun. Bu tort da çizkeykə bənzədiyi üçün, eyni qaydada hazırlaya bilərsiniz. Yapon tortu 170 dərəcə isidilmiş sobada cəmi 15 dəqiqə bişirilir. Sobadan çıxardıb, biraz soyutduqdan sonra qaymaq və şokoladın vəhdətindən zövq ala bilərsiniz.

NUŞ OLSUN!

yapon_tortu1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий