Dünyanın ən bahalı 5 yeməyi

Порций:   Время приготовления:

Dadlı yeməyi sevməyən insan tapmaq çətindir. Təbii ki, digər mövzularda olduğu kimi, kulinariya sahəsində də, zövqlər müxtəlifdir. Məsələn kafe və ya restoranda eyni masa arxasında oturan 4 nəfərin eyni xörək və ya deserti sifariş etmə ehtimalı olduqca aşağıdır. Lakin, hər birimiz bəzən  yeni təamlar dadmaq istəyirik. Bu zaman ilk düşündüyümüz yeyəcəyimiz xörəyin qiyməti və doyumluluğu olur. Təqim edəcəyimiz "Ən bahalı yeməklər siyahısı"ndakı təamları isə sifariş etməyə pulunuz yetsə belə, dadacağınıza tərəddüd edirik.

Ağ Trüfel

Ümumiyyətlə Trüfel dünyanın ən bahalı qidası sayılır. Çünki bu göbələk növünü becərmək çox çətindir.  Bugünədək ən bahalı Trüfelin qiyməti 160 000 dollar çəkisi isə 1,5 kq olub. Bu göbələyi isə Honkonqlu bir iş adamı, sadə trüfel şorbası bişirmək üçün satın alıb.

ExpensiveFood10

2 "Almas" kürüsü

Yolunuz London şəhərindən düşsə, özünüzlə 25 000 dollar götürməyi unutmayın. Çünki, dünyanın ən məşhur və bahalı kürüsü məhz bu qiymətədir. İran kürüsü olan "Almas" alıcılara qızıl qabda təqdim olunur.

ExpensiveFood09

"Yubari" qovunu 

Hələ də, dansukenin dünyanın ən bahalı meyvəsi olduğunu düşünürsünüz? Səhviniz var, çünki ən bahalı meyvə Yubari qovunudur. İki ədəd yubarinin qiyməti, 22 872 dollardır.

ExpensiveFood08

4 "Royal" pizzası

Yer kürəsinin ən bahalı pizzası sayılır. Bu pizzanı ilk dəfə Domeniko Krolla hazırlayıb. 30 sm-lik pizzanın üzəri hisə verilmiş şotland qızıl balığı, şampanda yumşaldılmış balıq kürüsü, maral əti tikələri, və 24 karat qızıl tozu ilə bəzədilir. Bu həzzin qiyməti isə nə az nə çox 4200 dollardır.

5704a40413240bbbe50ac0e457c6db76

Samundari Hazana

Bu xörək ilk dəfə Mumbay şəkərində " Xarabalıqlardan çıxmış milyonçu" filminin təqdimat mərasımındə hazırlanmışdı. Aşpazlar əllərinə keçən ən bahalı qida növlərindən ağ trüfel, devon krabı, kürü, qızıl tozundan yemək hazırlayıb, qonaqlara təqdim etmişdilər. Hər xörəyin dəyəri isə, 3200 dollar olmuşdur.

ExpensiveFood05

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий