Düşbərə

Порций: 5-6   Время приготовления: 60 dəq

DüşbərəDüşbərə soyuq qış günlərində ən çox yeyilən yeməklər xəmir xörəkləridir. Çünki unla hazırlanan yeməklər həm bədəni isidir həm də enerji mənbəyi sayılır. Azərbaycan evlərində xəmir xörəklərinin hazırlanması xüsusi mərasimi xatırladır. Evin bütün qadınları, hətta qonşudakı xanımlar cəm olub bu prossesi həyata keçirirlər. 

Düşbərəni hazırlamaq üçün bizə lazımdır:

  • 1kq un
  • Su, duz

İçlik üçün

  • 400qr quzu əti
  • 3 ədəd soğan
  • Nanə qurusu
  • Duz, istiot, sarıkök
  • Bulyon(zövqə görə)

Hazırlama prosesi

1. Unu ələyib üzərinə ilıq su və duz əlavə edirik. Nə çox bərk nə də yumuşaq xəmir yoğururuq. Xəmirin üzərinə dəsmal sərib biraz gözlədirik. Bu müddət ərzində ət və soğanı ətçəkən maşından keçiririk. Üzərinə zövqə görə duz, istiot, nanə qurusu səpib qarışdırırıq.

2. Xəmiri kündələrə bölüb növbə ilə oxlovla açırıq. Kvadrat formalarda kəsib, içərisinə ət qoyub düşbərə bükürük. Bacarıqlı kulinarlarımız bir xörək qaşığına 10 və ya daha artıq düşbərə siğdırırlar. Mən isə xırda düşbərə sevmirəm. Bunun üçün sərf ediləcək zamanım da yoxdur. Yeri gəlmişkən onu da xadırladım ki, düşbərə zamanı kasad xanımlar üçün əlverişli yeməkdir. Bükdüyünüz düşbərələri soyuducunun buzluğuna qoyub istədiyiniz vaxt çıxarıb suda bişirə bilərsiniz.

3. Hazır düşbərələri ət bulyonunda və ya adi suda bişirə bilərsiniz. Bunun üçün su və ya bulyonu qazanda qaynadıb içərisinə düşbərələri ehtiyatla tökmək kifayətdir. Əgər su ilə hazırlayırsınızsa su qaynayanda qazana duz tökməyi unutmayın. Düşbərəni süfrəyə sirkə və qatıqla vermək olar. Nush olsun!


Düşbərə Düşbərə Düşbərə

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий